Byenxoa

Byenxoa,[1][2][3] Benxoa[4] və ya ByenhoaVyetnamda şəhər. Donqnay əyalətinin inzibati mərkəzi.[5]

Şəhər
Byenxoa
ing. Biên Hòa
10°57′02″ şm. e. 106°49′19″ ş. u.
Ölkə Vyetnam
RegionDonqnay əyaləti
Tarixi və coğrafiyası
Sahəsi264,08 km²
Mərkəzin hündürlüyü4 m, 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi1,104,495 nəfər (2015)
Sıxlığı4,182 nəf./km²
Digər
bienhoa.dongnai.gov.vn
Xəritəni göstər/gizlə
Byenxoa xəritədə
Byenxoa
Byenxoa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Byenxoada məbəd

Əhalisi

2006-cı ilin məlumatına görə, əhalisi 417,5 min nəfərdir.[5]

Coğrafiyası

Ölkənin cənubunda Donqnay çayı sahilindədir (Xoşimin aqlomerasiyasına daxildir), Xoşimin şəhərindən 30 km şimal-şərqdədir. Nəqliyyat qovşağı Çay portu. Aeroport.[5]

Tarixi

Müstəmləkə dövründə Sayqonun şəhərətrafı sənaye qəsəbəsi kimi inkişaf etmişdi. Vyetnam müharibəsi dövründə ABŞ-nin ən iri hərbi-hava bazalarından biri Byenxoada yerləşirdi.[5]

Sənayesi

Ölkənin cənubunda formalaşan iri sənaye rayonunun mərkəzidir. 1980-ci illərin sonundan, Vyetnamın "iqtisadi islahat" proqramı qəbul edildikdən sonra sürətlə inkişaf edir. Xarici investisiya axını nəticəsində xüsusi sənaye zonalarında yerləşdirilmiş bir sıra yeni müəssisələr (xarici və qarışıq kapitalla) meydana gəldi.

Qara (polad təbəqələrin, boruların, tikinti metal konstruksiyaların istehsalı – "Bi-Eyçstil faktori" və s.) və əlvan (mis məftil, alüminium profillər və s.) metallurgiya; kimya, o cümlədən fosfor, azot və kompleks gübrələr ("Vyetnam-Capan fertilayzers" və s.); neft-kimya – avtomobil təkərləri ("Yokohama-Vyetnam Ci-Bi"), polivinilxlorid, plastik kütlə, boyalar və yuyucu vasitələr; neft emalı ("Şell-Vyetnam"); mikrobiologiya – insektisidlər, herbisidlər, fungisidlər ("MAP Pasifik- Vyetnam" və s.); əczaçılıq; maşınqayırma: avtomobil və motosikllərin quraşdırılması və təmiri, dizel mühərrikləri, avtomobil detal və hissələri, kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri istehsalı; elektronika sənayesi, o cümlədən çap sxemləri, ofis avadanlıqları və kompüterlər ("Fucitsu" və s.), radioqəbuledicilər, televizorlar, telekommunikasiya avadanlıqları ("Donako"); elektrotexnika sənayesi – transformatorlar, elektrik motorları ("Mabuçimotor-Vyetnam"), paltaryuyan maşınlar, soyuducular ("Sano" və s.), elektrik kabelləri və s. Sement, şüşə və çini sənayesi müəssisələri fəaliyyət göstərir. Yeyinti sənayesi inkişaf etmişdir; həll olan qəhvə, toz halında süd ("Nestle"), köpüklənən şərab ("Moskva Şampan şərabları zavodu"), tütün məmulatları istehsal olunur.[5]

İstinadlar

Xarici keçidlər