Cümə məscidi (Mahaçqala)

Mahaçqalanın mərkəzi Cümə məscidi və ya "Yusuf bəy məscidi" (qum. Анжикъаланы Жума Межити[1]) — Dağıstanın paytaxtı Mahaçqala şəhərində yerləşən müsəlman ibadət ocağı. Məscid şəhər cümə məscidi statusuna malikdir. 1991-1997-ci illərdə inşa edilmişdir. 2007-ci ildə aparılan yenidənqurma işlərindən sonra məscidin tutumu 15 min nəfərə qədər artırılmışdır.[2] Bundan sonra məscid Avropanın ən iri məscidləri sırasına daxil olmuşdur.

Cümə məscidi
Yusif bəy məscidi
Xəritə
42°58′09″ şm. e. 47°29′38″ ş. u.
ÖlkəRusiya Rusiya
Dağıstan
Statusfəaliyyət göstərir
ŞəhərMahaçqala
YerləşirDaxadayeva küç,136
Sifarişçitürk ailəsi, Mahaçqala əhalisi
Tikilmə tarixi1991-1995
ÜslubuOsmanlı memarlığı
Minarələri2
Günbəzləri4
Materialağ daş
Rəsmi saytmasdjid.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Məscidin inşasına 1991-ci ildə imkanlı bir türk ailəsinin maliyyəsi hesabına başlanmışdır. Məscid tikinti üslubunda Osmanlı arxitekturasına üstünlük verildi. Bu səbəbdən İstanbuldakı Sultan Əhməd məscidi nümunə olaraq seçilmişdir.

Məscidin tikintisi 6 il davam etdi. 1997-ci ildə məscidin təntənəli açılış mərasimi baş tutdu. Məscidin ilk imamı türk Hafiz Aydı oldu. Məscid 8 min ibadətçini qəbul etmək imkanına malik idi.

Məsciddə cümə namazı və bayram günlərində mərasimlərə qatılmaq istəyənlərin sayı çox olduğundan çətinliklər yaranırdı. İnsan axını o qədər çox olurdu ki, məscidin qarşısındakı meydanda belə yer qalmırdı. Bu səbəbdən şəhər rəhbərliyi məbədin genişləndirilməsi qərarını verdi. Bunun üçün Mahaçqala əhalisi Dağıstan Respublikasının əsas ziyarətgahı üçün vəsait toplamaq istəklərini bildirdilər.

Məscidin yenidən qurulmasına 2005-ci ildə başlanıldı. 2007-ci ilin iyul ayında Mahaçqalada telemarafon keçirildi. Bunun sayəsində məscidin genişləndirilməsi və bitişik ərazinin abadlaşdırılması üçün 25 milyon rubldan çox vəsait toplandı.[3]

Təmirdən sonra məscid hazırkı arxitektur görkəmini aldı. Məscidin genişləndirilməsindən sonra dini ibadət ocağı Avropada ən iri müsəlman məbədlərindən biri oldu.

Hazırkı vəziyyyəti

Cümə məscidi. Mahaçqala

Hazırda ibadət üçün Cümə məscidinin salonlarında eyni vaxtda 15 minə qədər insan toplaşa bilər.[4] Məscidin hər iki minarəsindən bütün şəhərə yayılan azan verilir. İbadətçilər gündə beş dəfə əsas Mahaçqala ziyarətgahında namaza toplaşırlar. Birinci mərtəbədə kişilər namaz üçün yaşıl yun xalçada otururlar. İbadətçilərin bir -birinə mane törətməməsi üçün onun üzərinə xüsusi bir naxış tətbiq olunub. Bu naxış üfüqi zolaqlardır. Bu naxışlara görə ibadət edənlər yerlərini tutur.

Məsciddə rusərəb dillərində müqəddəs kitablar və təsbeh olan rəf də var. İkinci mərtəbədə (balkonda) - qadın yarusu yerləşir. Burada artıq qırmızı xalça üzərində qadınlar namaz qılır.

Cümə məscidinin divarları naxışlarla və Qurandan qısa ayələrlə boyanmışdır. Müsəlman ziyarətgahlarında insanları və heyvanları təsvir etməyə icazə verilmir Buna görə bəzək yalnız çiçəkli və ya mücərrəd, həndəsi formadadır. Məcsid salonunu süslü naxışlı tağlar, sütunlar da bəzəyir. Salonda əsl sənət əsərləri olan Dəməşq çilçıraqları asılmışıdır. Ən böyüyü təxminən bir ton ağırlığındadır.

İmamları

  • Hafiz Aydın
  • Maqomedrəsul Saaduyev (May 1998 - 2016)
  • İdris-Xacı Əsədulayev (2016)
  • Məhəmməd Salamov müvəqətti icra edən (2016 - 19 iyul 2017)
  • Məhəmməd Salamov (19 iyul 2017 - 13 iyul 2018)[5]
  • Zeynulla Atayev (13 iyul 2018 - 5 iyul 2019)[6]
  • Umarasxab Arslanaliyev (5 iyul 2019 - 7 avqust 2020)[7]
  • İslam Xanməhəmmədov (7 Avqust 2020-ci ildən)[8]
  • Məhəmməd Atanqulov (3 avqust 2021-ci ildən)

İstinadlar

Həmçinin bax

Xarici keçidlər