Cavid Paşayev

Cavid Vəlican oğlu Paşayev (1 yanvar 1997; Gülməmmədli, Cəlilabad, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Cavid Paşayev
Cavid Vəlican oğlu Paşayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGülməmmədli, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeriQubadlı, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriCəlilabad
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Qubadlının azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Cəbrayılın azad olunmasına görə" medalı — 2020, "Qubadlının azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı

Cavid Paşayev 1 yanvar 1997-ci il tarixdə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub.[2] 2015-2017-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. Evli idi, ölumundən sonra oğlan övladı dünyaya gəlmişdir.[3]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cavid Paşayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar