Culian Biankone

Culian Biankone (31 mart 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[1]

Culian Biankone
fr. Giulian Biancone
Ümumi məlumatlar
Tam adıCulian Biankone
Doğum tarixi (24 yaş)
Doğum yeriFrejus, Fransa
Vətəndaşlığı
Boyu187
MövqeyiMüdafiəçi
Klub haqqında məlumat
KlubFransa Monako
Nömrəsi46
Karyerası
Gənclik karyerası
2006—2011Fransa Maksimoyse
2011—2015Fransa Frejus
2015—2018Fransa Monako
Klub karyerası[* 1]
2018—h.hFransa Monako1 (0)
Milli yığma[* 2]
2018—h.hFransa Fransa U-193 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Monako

Biankone Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Biankone peşəkar karyerasında debütünü 28 noyabr 2018-ci ildə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.[2] UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə Monako rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.[3][4] Biankone karyerasında ilk qolunu 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda vurmuşdur. O, 70-ci dəqiqədə qolla yadda qalmış və komandası Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[5]

Milli karyerası

Biankone Fransada anadan olmuşdur. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.[6]

Karyera statistikası

Klub

28 dekabr 2018 tarixində yenilənib[1]
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Monako2018–19Liqa 11000112041
Ümumi karyera100011000041

İstinadlar

Xarici keçidlər