Liqa 1


Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir.

ÖlkəFransa Fransa
KonfederasiyaUEFA
Açılış ili1932
Komandaların sayı20
Aşağı liqaLiqa 2
Digər kubok(lar)

Fransa Kuboku Fransa Liqa Kuboku

Fransa Super Kuboku
Beynəlxalq kubok(lar)UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
Son çempionPSJ
(2018-19)
Ən uğurlu komandaSent Etyen (10 dəfə)
TV partnyoruCanal+
beIN Sports
Veb səhifəsihttp://www.ligue1.com/

Tarixi

1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi.1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi. 1932-33 mövsümündə iki qrupdan ibarət ibarət çempionata start verildi. İlk Fransa çempionatının iştirakçıları bu klublar olmuşlardı: "Olimpik Marsel", "Paris", "Olimpik Lill", "Sete", "Nim", "Ekselsior", "Nays", "Fransız", "Hyares", "Mulhouz", "Antib", "Kann", "Soşo", "Monpelye", "CA Paris", "Renn", "Fiv", "Olimpik Qırmızı Ulduz", "Metz", "Olimpik Ales".İlk çempion finalda "Kann" klubunu məğlub etmiş "Olimpik Lill" olmuşdur. Bu klub 1944-cü ildə bağlanmışdır.

İştirakçı klublar

Klub
PSJLorient FKRenn FKBordo FKMonpeyle FK
QuinqampNant FKTuluzaKan FKNans FK
Sent EtyenLill FKBastyaDijon FKNice FK
Olimpik Lyon FKAngers FKMonako FKMetz FKOlimpik Marsel FK