Dönüş (film, 2018)

2018-ci ildə çəkilmiş film

DönüşRüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir.

Dönüş
azərb. Dönüş
Dönüş filminin posteri
Dönüş filminin posteri
JanrPortret
RejissorRüfət Əsədov
ProdüserlərNail Qurbanov,
Zövqü Quliyev
Əsərin müəllifiRüstəm Dastanoğlu
Ssenari müəllifiOrxan Fikrətoğlu
Baş rollarda
OperatorRöyal Quluzadə
İstehsalçılarStalker Production
Azəri Production
İlk baxış tarixi17 aprel 2018
Filmin növütammetrajlı sənədli
Müddət83 dəqiqə
ÖlkələrAzərbaycan Azərbaycan
DilAzərbaycanca
İl2018
Rəngağ-qara, rəngli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.[1]

Filmin qəhrəmanı hərbi həkim İmran Qurbanov

Filmin heyəti

Film üzərində işləyənlər

Filmdə iştirak edənlər

Mükafat və nominasiyalar

Filmin təqdimatı

Dönüş filminin təqdimatı

17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.[3]

Filmi izlə

İstinadlar

Xarici keçidlər