Dağ Maşanlı
Dağ Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Dağ Maşanlı | |
---|---|
39°24′17″ şm. e. 46°42′59″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.240 m |
Saat qurşağı | |
Toponimikası
Yaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir[1]. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır[2].
Tarixi
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Dağ Tumas kənd Sovetindən Dağ Maşanlı kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir.[3] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur[4]. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[4][5].
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir[4].
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib[4].
İstinadlar
Həmçinin bax
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |