Dağlıq Qarabağ təmas xətti

Dağlıq Qarabağ təmas xətti (erm. շփման գիծ) — Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrini (yəni Dağlıq Qarabağ Müdafiə Ordusu) bir-birindən ayırır. O, 1994-cü ilin mayında Qarabağ müharibəsinə (1988-94) son verən atəşkəsdən sonra quruldu.[1] Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəddir.[2][3] Təmas xəttinin uzunluğu 180 kilometrdən (110 mil)[4] 200 kilometrə (120 mil) qədərdir.[5] Təmas xətti 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yarılmışdır. Prezident İlham Əliyev xalqa müraciəti zamanı da bunu bildirmişdir.[6][7]

Dağlıq Qarabağ təmas xətti (1994–2020) qırmızı rəngdədir, şimalda əsasən qorunmayan Murovdağ dağ silsiləsi.

Terminologiya

"Təmas xətti" ifadəsi rəsmi sənədlərdə və bəyanatlarda, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən geniş istifadə olunur.[8]

Azərbaycanda Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu vurğulamaq üçün "təmas xətti" tez-tez "işğal xətti" adlanır.[9]

Ara Papyan da daxil olmaqla bəzi erməni analitiklər, Ermənistan tərəfini "təmas xətti" ifadəsindən çəkinməyə və oranı Artsax ilə Azərbaycan arasında olan "dövlət sərhədi" adlandırmağa çağırırlar.[10][11]

Təsviri

Tomas de Vaalın sözlərinə görə, atəşkəsdən dərhal sonra təmas xəttini "tikanlı məftillər və səngərlərdə oturan yüngül silahlı əsgərlərdən ibarət nisbətən sakit bir zona" kimi qeyd edir. Atəşkəsdən sonra bəzi yerlərdə bir neçə kilometr enində olan nisbətən böyük neytral zona da mövcud idi. Azərbaycan qoşunlarının keçmiş neytral zonalara yerləşdirilməsi səbəbindən təmas xəttinin əksər hissəsi yüzlərlə metr azaldıldı.[12] Müqayisə üçün, 2016-cı ildə ağır hərbiləşdirilmiş təmas xəttinin hər iki tərəfində təxminən 20.000 nəfər var idi.[13] Atəşkəsdən sonra təmas xətti ağır dərəcədə hərbiləşdirilmiş, möhkəmləndirilmiş və minalanmış neytral xətt və səngərlərin bufer zonasına çevrildi.[1][14][15]. De Vaalın sözlərinə görə, bura "geniş Avropanın ən hərbiləşdirilmiş zonasıdır" və dünyanın ən hərbiləşdirilmiş üç zonasından biridir (Kəşmir və Koreya ilə birlikdə).[5] Təmas xəttinin səngərləri tez-tez Birinci Dünya müharibəsi səngərləri ilə müqayisə edilir.[5][16][17]

Təmas xəttinə mütəmadi olaraq polşalı Andjey Kaspşikin rəhbərlik etdiyi altı nəfər ATƏT müşahidəçisi qrupu nəzarət edir.[18] Atışmalar demək olar ki, hər gün baş verir.[19] Müxtəlif hallarda adətən hərbi əməliyyatlarının aşağı intensivliyi ilə xarakterizə olunan[20] ciddi atəşkəs pozuntuları baş verirdi.[21] Ciddi döyüş əməliyyatları 2016-cı ilin aprelində baş verdi, atəşkəsdən bəri ilk dəfə təmas xətti az da olsa yerini dəyişdi.[22] 2016-cı ildə baş verən qarşıdurmalar ərzində 1994-cü ildə atəşkəsdən sonra ilk dəfə olaraq ağır artilleriya istifadə olundu[23], 2020-ci ildə baş verən döyüşlərdə isə ağır artilleriya, zirehli avtomobillər və pilotsuz uçan apparatları istifadə edildi. Prezident İlham Əliyevin 9 Oktyabr 2020-ci ildə xalqa müraciəti zamanı artıq Təmas Xəttinin olmadığını bildirmişdir.[24]

İstinadlar

Həmçinin bax