Daft Punk

elektron musiqi ifaçıları

Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar.

Daft Punk
Loqonun şəkli
Tomas və Gi-Manuel özlərinin məşhur robot kostyumlarında. ("Alive" turu, 2007)
Tomas və Gi-Manuel özlərinin məşhur robot kostyumlarında. ("Alive" turu, 2007)
Əsas məlumatlar
Üslubhaus
elektronik rok
texno
nyu-disko
fank
sinti-pop
Fəaliyyət illəri19932021.
ÖlkəFransa Fransa
ŞəhərParis
LeyblSoma
Virgin Records
Columbia Records
HeyətTomas Benqalte
Gi-Manuel de Omem-Kristo
Digər layihələrDarlin
Stardust
Together
Le Knight Club
Crydajam
www.daftalive.com
www.daftpunk.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü.

2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.

Diskoqrafiya

Studiya albomları

Konsert albomları

  • Alive 1997 (2001)
  • Alive 2007 (2007)

Xarici keçidlər