Damcılı (Abaran)

Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2]

kənd
Damcılı
40°32′19″ şm. e. 44°28′28″ ş. u.
Ölkə Ermənistan
RegionAbaran mahalı
RayonAbaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü2.000 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 819 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi0306
Xəritəni göstər/gizlə
Damcılı xəritədə
Damcılı
Damcılı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayonmərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir[4].

Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su»mənasında işlənən damcı sözünə[5] -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.

Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur.

Əhalisi

Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür[6].

İstinadlar