Abaran rayonu

Abaran rayonu, Aparan rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur.

Rayon
Abaran rayonu
ÖlkəErmənistan
İnzibati mərkəzAbaran
Tarixi və coğrafiyası
Yaradılıb09.09.1930
Ləğv edilib11 aprel 1995
Əhalisi
Əhalisi21 654[1] (1989) nəfər
Abaran rayonu xəritədə
Rayon mərkəzində qədim türk məbədi olan Kasax bazilikası

Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Abaran) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (hündürlüyü 4090 m),(dəyişdirilmiş adı Araqats) dağının yamacından götürür. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı (dəyişdirilmiş adı Spitak) rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılıb.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Abaran rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adıİndiki adıDəyişdirilmə tarixi
Baş AbaranAparan03.01.1935
Baş Abaran rayonuAparan rayonu03.01.1935
DamcılıMravyan03.01.1935
BabakişiBujakan-
Böyük CamışlıAlagöz04.01.1938
SəmadərvişÇknax01.06.1940
BazarcıqArayi15.07.1946
Hacı XəlilTsaxkahovit15.07.1946
GülablıDzoraqlux15.07.1946
GüllücəVardenis15.07.1946
QarabulaqYerncatap15.07.1946
MəlikkəndMelikgyuğ15.07.1946
DanagirməzOvit15.07.1946
SaçlıNoraşen15.07.1946
ŞirəkqalaVardenut15.07.1946
QəzənfərAraqats10.09.1948
QaranlıqLusagyuğ10.09.1948
BəlxərŞenavan19.04.1950
CəngiVardablur19.04.1950
İmirliTtucur19.04.1950
QarakilsəHartavan19.04.1950
TəkəliTsaxkaşen19.04.1950
AxulaBerkarat25.01.1978
QuruboğazOrtacya05.01.1978
PəmbiLernapar25.01.1978
KarvansaraAmre-taza25.01.1978
QondaxsazRya-taza25.01.1978
KorbulaqŞenkani25.01.1978
Kürd PəmbiSipan25.01.1978
ÇobanmazAvşen25.01.1978
CarcarisDerek25.01.1978

Xarici keçidlər

İstinadlar

Həmçinin bax