Dan-Aksel Zaqadu

Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[3]

Dan-Aksel Zaqadu
fr. Dan-Axel Zagadou
Ümumi məlumatlar
Tam adıDan-Aksel Zaqadu
Doğum tarixi (24 yaş)
Doğum yeriKretey, Fransa
Vətəndaşlığı
Boyu196[1]
Çəkisi90 kq
MövqeyiMüdafiəçi
Klub haqqında məlumat
KlubAlmaniya Borussiya Dortmund
Nömrəsi2
Karyerası
Gənclik karyerası
2006—2011Fransa Kretey
2011—2016Fransa Pari Sen-Jermen
Klub karyerası[* 1]
2016—2017Fransa Pari Sen-Jermen B9 (0)
2017—h.hAlmaniya Borussiya Dortmund11 (1)
Milli yığma[* 2]
2014—2015Fransa Fransa U-1613 (2)
2015—2016Fransa Fransa U-1710 (0)
2016—2017Fransa Fransa U-189 (0)
2017—h.hFransa Fransa U-196 (1)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Erkən karyerası

Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir.[4]

Borussiya Dortmund

5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır.[5] O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur.[6]

Milli karyerası

Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.

Şəxsi həyatı

Zaqadu Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəşdaşlarıdır.[7]

Karyera statistikası

15 Mart 2018 [4] tarixində yenilənib
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
KlubMövsümLiqaKubokKontinentalDigərÜmumi
LiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Borussiya Dortmund2017–18Bundesliqa111103[a]01[b]0161
Ümumi karyera111103010161
Qeydlər

İstinadlar

Xarici keçidlər