Delüvium

Delüvium — yağış və qar sularının yamaclardan yuyub apardığı kövrək aşınma məhsullarının toplanması nəticəsində əmələ gələn genetik çökmə tipi. Yamac üzrə yuxarıya doğru pazlaşan şleyf şəklində yatır. Yamac üzrə aşağıya doğru, ana süxurların tərkibindən asılı olaraq, çınqıllı çöküntülərdən lösvari gilcə və gillərə qədər dəyişir. Bəzən delüvium yamaca paralel təbəqələşmə müşahidə edilir. Delüvium əsasən semiarid (aridəyaxın) iqlim şəraitində əmələ gəlir.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.