Detyan şəlaləsi

Detyan şəlaləsi (çin. 板約瀑布, 德天瀑布; vyet. Détiān pùbù, Bǎnyuē pùbù), Vyetnamda Banzek kimi tanınır , — dünyada böyüklüyünə görə dördüncü şəlalə,[1] iki ölkə sərhəddində yerləşmiş. Çin və Vyetnam ərazisində olan kiçik şəlalələr yağışlı mövsümdə birləşərək böyük bir sistem əmələ gətirir[2].

Detyan(Banzek)
vyet. Thác Bản Giốc
Detyan şəlaləsinin görünüşü
Detyan şəlaləsinin görünüşü
Ümumi məlumatlar
Hündürlüyü30 m
Eni200 m
ÇayQuay Son
Yerləşməsi
22°51′23″ şm. e. 106°43′19″ ş. u.
Ölkələr
Region
Detyan(Banzek) xəritədə
Detyan(Banzek)
Detyan(Banzek)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerləşməsi

Şəlalənin bol sulu dövrü. Vyetnam ərazisindən görüntü

Şəlalə boyu uzanan yol sonda iki dövlət sərhəddində yerləşən qayalığa gətirib çıxarır. Məhs bu yer çin və vyetnam arasında olan sərhəd hesab olunur. Tzin sülaləsinin torpaqları ilə fransa müstəmləkəsinin əraziləri arasında müəyyənləşdirilmiş sərhəd məhz burdan keçirdi.[3] 1979-cu ildə, Çin-Vyetnam müharibəsi zamanı şəlalə bölgəsi çin ordusunun yerləşmə ərazisi idi. Şəlalənin Vyetnamala sərhəd mövqeyə malik olması uzun müddət mübahisə mövzusu olmuşdur. Uzun sürən danışıqlardan sonra, 1999-cu ildə sərhəd bölgüsü nizamlandı[4]. Ümumi danışıqlar isə 2009-cu illərə kimi davam etmiş[4]. Qədim zamanlarda isə Çin və Vyetnam arasında sərhəd Hıunqi dərəsi boyunca keçirdi[5][6][7] Vyetnamda şəlalə iki hissədən ibarətdir: əsas (thác chính) və ikinci dərəcəli (thác phụ).

Coğrafiyası

Şəlalə ətrafında qayıq gəzintisi. Çin

Şəlalənin Çin ərazisində yerləşən hissəsi karst mənşəli təpəliklərdən keçir. Bölgədə Çunszo və Quansi-Çjuan Muxtar Rayonu yerləşir. Vyetnam ərazisində isə Kaobanq mahalı yerləşiri. Kaobanq Hanoydan 272 km şimalda yerləşir. Şəlalə Quay Son çayı ilə qidalanır və maksimal eni 200 metr olur. Şəlalənin dərinliyi  —120 metrə çatır. Ümumən şəlalə bir neçə pillədən ibarətdir.

Detyan — Cənubi-Asiyanın ən böyük təbii şəlaləsi hesab olunur. Bölgənin turizim baxımdan ən cəlb edici ərazisi Detyan şəlaləsidir. Şəlalənin aşağı bölgəsində göl yerləşir. Göl ətrafında turizm infrastrukturu yetərincə çoxdur: Müşahidə meydançaları, kafe və restoranlar, suvenir mağazaları, otellər. Şəlaləni ziyarət üçün ən əlverişli zaman noyabr -aprel ayalarıdır. Bu dövrdə suyun səviyyəsi maksimum olur.

Şəlalə yanında çətin keçilən Tunlin dərəsi yerləşir (zh. 通灵峡). Bu dərəyə ancaq qonşu dərədə olan mağaradan keçmək mümkündür. Bu dərə son dövrlərdə tədqiqatçılar tərəfində aşkar edilmiş və dərədə bölgə üçün endemik olan çoxlu heyvan və bitkilər qorunub saxlanılmış. Qədim zamanlarda dərə yerli quldurların gizlənmə məkanı idi.

Ərazidə həmçinin başqa görməli məkanlar mövcuddur: Yaşıl meşə zolağı, mənzərəli dağlar, Leypin daş meşəsi, çay daşları meşəsi və karst mağaraları.

Xarici keçidlər

İstinadlar