Difosfan


Difosfan P2H4 - kimyəvi formuluna malik qeyri-üzvi birləşmədir. Bu rəngsiz maye bir neçə ikili fosfor hidridindən biridir. Tipik olaraq fosfin nümunələrinin havada alovlanmasına səbəb saf olmamalarıdır. Tarixi adı difosfindir.

Difosfan
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formuluH₄P₂[1]
Molyar kütlə65.980 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi−99 °S
Qaynama nöqtəsi63.5 °S
Təsnifatı
CAS-da qeyd. nöm.13445-50-6
PubChem
ChEBI35880
ChemSpider


Xassələri, alınması, reaksiyaları

Difosfan 2.219 anqstrem məsafəsi olan P − P rabi-təsinə malikdir. Otaq temperaturunda qeyri-sabitdir və havada kortəbii alovlanır. Yalnız suda az həll olur, lakin üzvi həlledicilərdə həll olur. 1H NMR spektri, A2 XX'A'2 bölmə sistemindən yaranan 32 sətirdən ibarətdir. [2] Difosfan, P4--nin Ca2+ törəməsi kimi təsvir edilə bilən kalsium monofosfidin hidrolizindən alınır. Optimal-laşdırılmış prosesə görə 400 q Ca3P2-nin -30 ° C-də hidrolizindən fosfinlə azca çirklənmiş təxminən 20 q məhsul alınır.Difosfanın butillitiumla reaksiyası zamanı isə müxtəlif qatılıqda polifosfin birləşmələri alınır.

Üzvi difosfanlar

Difosfanın müxtəlif üzvi törəmələri məlumdur. Bu törəmələr reduktiv birləşmə ilə hazırlanır, məsələn: xlorodifenilfosfindən tetrafenildifosfinin alınması:

2 ClPPh2 + 2 Na → Ph2 P – PPh2 + 2 NaCl

İstinadlar