Dilarə Azaflı

Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; 5 mart 1947, Azaflı, Tovuz rayonu25 avqust 2005, Bakı) — Azərbaycan aşığı.

Dilarə Azaflı
azərb. Zeynalova Dilarə Mikayıl qızı
Doğum adıDilarə
TəxəllüsüAzaflı
Doğum tarixi
Doğum yeriAzaflı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
AtasıMikayıl Azaflı
AnasıŞamba xanım
Təhsili
Fəaliyyətimüəllimə, şairə-aşıq
Fəaliyyət illəri1984
Əsərlərinin diliAzərbaycan dili
Janrşeir
Üzvlüyü

Həyatı

Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub[1]. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub.1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub.

Yaradıcılığı

14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.

Kitabları

"Duman gəlib dağlarıma"

Həmçinin bax

Xarici kecid

İstinadlar