Ekstremal hava

gözlənilməyən, qeyri-adi, kəskin və ya qeyri-mövsümi hava

Ekstremal havaya gözlənilməyən, qeyri-adi, kəskin və ya qeyri-mövsümi hava daxildir.[1]Ekstremal hadisələr tez-tez qeyd olunan hava tarixçəsinə və ən qeyri-adi on faizə əsaslandırılır.[2]

Antropogen təsirlərin yaratdığı iqlim dəyişikliyinin bəzi ekstremal hava hadisələrinin intensivliyi və periodikliyini artırdığını göstərən sübutlar var.[3] Ekstremal hava və digər hadisələrin antropogen iqlim dəyişikliyi ilə əlaqələndirilməsinə olan inam həddən artıq yağıntılara və quraqlıq intensivliyindəki artışlara bir miqdar inam ilə birlikdə, ifrat isti və soyuq hadisələrin sıxlığında və böyüklüyündəki dəyişikliklərdə ən yüksək səviyyədədir.[4]

Ekstremal havanın təbi ekosistemlərlə yanaşaı, insan cəmiyyəti üzərində də təsirlər var. Misal üçün, qlobal sığortaçı Münix Re təbii fəlakətlərin 2015-ci ildə bir başa itkilər üzərində 90 milyard dollardan daha böyük rəqəmə çatdığını təxmin edir.[5]

Ekstremal havanın təsirləri

Ekstremal havanın təsirlərinə daxildir:

  • İfrat yağan yağışlar daşqınlara və torpaq sürüşmələrinə
  • Həddən artıq istilər və yağışın olmaması, meşə yanğınlarına və quraqlığa
  • Tornado və fırtınalar kimi güclü küləklər insan infrastrukturunun dağılmasına
  • Həddən artıq yağan qar qar uçqunlarına səbəb olur.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər