Elm və Texnologiya Nazirliyi (Vyetnam)

Elm və Texnologiya Nazirliyi (vyet. Bộ Khoa học và Công nghệ) — Vyetnamda lm və texnologiya fəaliyyətinin dövlət idarəçiliyinə, elm və texnologiya potensialının inkişafına, əqli mülkiyyətə, standartlara, metrologiyaya və keyfiyyətə nəzarətə, atom enerjisinə, radiasiya və nüvə təhlükəsizliyinə cavabdeh olan nazirlik.[2]

Elm və Texnologiya Nazirliyi
Ümumi məlumatlar
Ölkə
YurisdiksiyaVyetnam
Yaradılma tarixi1959[1]
Baş qərargah
Rəsmi saytımost.gov.vn/Desktop.aspx…

Strukturu

Nazirliyin tərkibində olan qurumlar bunlardır:

  • Sosial və Təbiət Elmləri Departamenti
  • İqtisadi-texniki Sahələr üzrə Elm və Texnologiya Departamenti
  • Texnologiyanın Qiymətləndirilməsi, İmtahan və Qiymətləndirmə Departamenti
  • Yüksək Texnologiyalar Departamenti
  • Planlaşdırma və Ümumi İşlər İdarəsi
  • Maliyyə Departamenti
  • Beynəlxalq əməkdaşlıq Departamenti
  • Qanunvericilik Departamenti
  • Təşkilat və kadrlar Departamenti
  • Nazirliyin Müfəttişliyi
  • Nazirliyin Ofisi
  • Texnologiya İnnovasiyaları üzrə Dövlət Agentliyi
  • Texnologiya Sahibkarlığı və Kommersiyalaşdırmanın İnkişafı üzrə Milli Agentlik
  • Milli Əqli Mülkiyyət İdarəsi
  • Vyetnam Atom Enerjisi Agentliyi
  • Elm və Texnologiya İnformasiyası üzrə Milli Agentlik
  • Vyetnam Radiasiya və Nüvə Təhlükəsizliyi Agentliyi
  • Standartlar, Metrologiya və Keyfiyyət üzrə Milli Komissiya

İstinadlar