Emil Yanninqs

Emil Yanninqs (alm. Emil Jannings‎, əsl adı Teodor Emil Yanents, 23 iyul 1884[1][2][…]2 yanvar 1950[3][2][…]) — alman aktyor və prodüser.

Emil Yanninqs
alm. Emil Jannings
ABŞ-dən geri döndükdən sonra (1929)
ABŞ-dən geri döndükdən sonra (1929)
Doğum adıTheodor Friedrich Emil Janenz
Doğum tarixi
Doğum yeriRorşax, İsveçrə
Vəfat tarixi (65 yaşında)
Vəfat yeriŞtrobl-am-Volfqanqze, Zaltskammerqut, Avstriya
Vəfat səbəbiqaraciyər xərçəngi
Vətəndaşlığı
Fəaliyyətiaktyor, kinorejissor
Fəaliyyət illəri1914—1945
Mükafatları"Oskar" (1929)
IMDbID0417837
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Teodor Fridrix Emil Yanents 23 iyul 1884-cü ildə İsveçrənin Sankt-Qallen kantonunun Rorşax şəhərində alman-amerikan mənşəli tacir Emil Yanentsin və onun həyat yoldaşı Marqareta Şvabın ailəsində dünyaya gəlib; uşaqlığı Leyptsiq və Görlitsdə keçib. Gimnaziyadakı təhsilini yarımçıq qoyub gəmi şagirdi kimi xidmətə başlayıb. 1900-cü ildə Görlitsdə şəhər teatrında könüllü olaraq çalışıb, 1901–1914-cü illərdə əyalətdə aktyor olub. 1914-cü ildə Berlinə köçüb və Maks Reynhardtın teatrının truppasına qəbul edilib. 1916-cı ildə Alman teatrında müstəqil olaraq ilk tamaşasını səhnəyə qoyub. 1917-ci ildən böyük rollar oynamağa başlayıb. 1918-ci ilin yayında Kral teatrına keçib. 1918-ci ilin sonunda Reynhardtın teatrına qayıdıb və 1920-ci ilin sonuna qədər burada çalışıb.

Aktyor işləri

  • 1945 — Cənab Bellinq hardadır? — Eberhard Bellinq
  • 1943 — Altes Herz wird wieder jung — direktor Hoffman
  • 1942 — İstefa — Bismark
  • 1941 — Kryuger dayı — Kryuger
  • 1939 — Robert Kox — ölümü yenən — həkim Robert Kox
  • 1937 — Der zerbrochene Krug — Adəm
  • 1937 — Der Herrscher — Matias Klauzen
  • 1936 — Traumulus — professor Niyemer

Xarici keçidlər