Enrike Mateos

hücumçu mövqeyində oynamış keçmiş İspaniya futbolçusu

Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934[1], Madrid6 iyul 2001[2], Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.

Enrike Mateos
Ümumi məlumatlar
Doğum tarixi15 iyul 1934(1934-07-15)[1]
Doğum yeri
Vəfat tarixi6 iyul 2001(2001-07-06)[2] (66 yaşında)
Vəfat yeri
Vətəndaşlığıİspaniya
Boyu167 sm
Mövqeyihücumçu
Karyerası
Gənclik karyerası
Boettiçer və Navarro
Real Madrid
Klub karyerası[* 1]
1952–1953Plas Ultra11 (4)
1953–1961Real Madrid52 (27)
1961–1964Sevilya55 (18)
1964–1965Rekreativo17 (7)
1965Betis6 (2)
1965Rekreativo6 (2)
1965–1966Betis10 (1)
1966–1967Ximnastika Torrelaveqa23 (1)
1968Klivlend Stokers31 (16)
1969İst London Seltik
1970–1971Toluka Santander
Cəmi210 (78)
Milli yığma[* 2]
1957–1960İspaniya B3 (3)
1957–1961İspaniya8 (3)
Məşqçisi olduğu klublar
Fuenkarral
1975—1976Qalaktiko Peqaso
1976—1977Kadis
1978Deportivo La-Korunya
1982—1983Fuenxirola
1984—1985Oriuela Deportiva
1985Linares
1987Ronda
1988Fuenxirola
1992Oriuela Deportiva

O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir.

Klub karyerası

Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur.[3][4]

Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk elədi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur.[4] Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı. 37 yaşında karyerasını bitirənə qədər o, həmçinin Şimali Amerika Futbol Liqasının "Klivlend Stokers" klubunda[5] və Cənubi Afrikanın "İst London Seltik" klubunda oynadı.

Sonradan Mateos təxminən iyirmi il məşqçi olaraq çalışdı. Peşəkar səviyyədə qazandığı ən böyük müvəffəqiyyət "Kadis" klubunu tarixində ilk dəfə üst liqaya çıxarması oldu, lakin növbəti mövsüm Andalusiyalılar geri aşağı divizyona qayıtdıqları üçün istefaya göndərildi.[6]

Milli komanda karyerası

Mateos 4 il ərzində İspaniya millisinin heyətində 8 oyunda iştirak etdi. O, 31 mart 1957-ci ildə Belçika millisinə qarşı ilk yoldaşlıq oyununda qol vurmağı bacardı, oyun 5–0 ispaniyalıların xeyrinə başa çatdı.[7]

Millidə qolları

Vəfatı

Mateos, 67 yaşı olmasından iki həftə əvvəl, 6 iyul 2001-ci ildə Seviliyada öldü.[8]

Nailiyyətləri

Real Madrid

İstinadlar

Xarici keçidlər