Epaminond

Epaminond (Epaminondas; ən tezi e.ə. 420ən geci e.ə. 415e.ə. 362) — qədim yunan sərkərdəsi və siyasi xadimi. Filosof-pifaqorey Lisidin tələbəsi. E.ə 470-80-ci illərdə,e.ə 379 Fivda, Sparta əleyhinə demokratik çevrilişindən sonra,demokratların rəhbəri sərkərdə Pelopidlə birlikdə, yunan polislərinin demokratik əsaslarla yaratdığı Beotiya ittifaqına və Fiv dövlətinə başçılıq edirdi. Onların birgə rəhbərliyi altında Fiv ittifaqı Qədim Yunanıstanın ən iri siyasi ittifaqına çevrildi. Beotiya müharibəsi(e.ə378-362) vaxtı Epaminond dəfələrlə baş komandan təyin edilmişdir və 371-ci ildə spartalılar üzərində Levktra yaxınlığında qələbə çalmışdı. Bu qələbə və Peloponnesə,Epaminondun rəhbərliyi altında, sonraki üç yürüş(370,369,367) Spartanın zəifləməsinə və Peloponnes ittifaqının dağılmasına gətirdi. Epaminondun yaratdığı Fiv donanması Xios, Rodos adalarını və Bizanti şəhərini işğal etdi. Levktra döyüşündə Epaminond cəbhə boyu qüvvələrin bərabər bölünməsi prinsipindən imtina etdi, və əsas zərbə istiqamətində qüvvələri cəmləşdirməklə tam qələbə çaldı.

Epaminond
q.yun. Ἐπαμεινώνδας
Doğum tarixiən tezi e.ə. 420ən geci e.ə. 415
Vəfat tarixie.ə. 362
Vəfat səbəbidöyüşdə ölüm
DövrAntik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Epaminond ilk olaraq, indiki günə qədər bütün həlledici döyüşlərin nəticələrini müəyyən edən, dahi taktiki prinsip kəşf elədi: həlledici sahədə zərbəni cəmləşdirmək məqsədi ilə qüvvələrin cəbhə böyu qeyri bərabər bölüşdürülməsi.[1] Mantineya döyüşündə(e.ə 362)bu prinsip öz sonrakı inkişafına çatdı. Bu döyüşdə Epaminond ilk dəfə hucumda olan süvarilərlə yüngül piyadaların uzlaşmasını tətbiq etdi. Həmin döyüşdə o ölümcül yaralandı.

Mənbə

  • Советская военная энциклопедия Москва 1980

İstinadlar

Xarici keçidlər