Ermənistan qağayısı

Ermənistan qağayısı (lat. Larus armenicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur.

Ermənistan qağayısı
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Gruimorphae
Yarımdəstə:
Lari
Fəsilə:
Yarımfəsilə:
Larinae
Növ:
Ermənistan qağayısı
Beynəlxalq elmi adı
Gəncə şəhəri yaxınlığında iri koloniya

Xüsusiyyətləri

Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir.

Yuva

Gənc fərd uçarkən

Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər.

Yayılış

Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrailSinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.

İstinadlar

Həmçinin bax