Fərdiyyətçi anarxizm

Fərdiyyətçi anarxizm[1] — fərdi şüur və fərdi marağa heç bir kollektiv orqan və ya dövlət orqanı tərəfindən əngəl törədilməməli olduğunu müdafiə edən anarxizm modeli.[2]

Fərdi anarxizm, sosialist, kollektivist və kommunalist hərəkatların ümumi mülkiyyət ideyasına qarşı mülkiyyətin fərdlərin əlində olmasını müdafiə edir.[3] Qodvin xeyriyyəçilik ideyasını müdafiə edərkən hər bir fərdin öz əməyi və əmlakı üzərində fərdi söz sahibi olmaq hüququnu da ifadə edirdi və zamanla hökumətin kiçilməsinə səbəb olacaq mütərəqqi rasionalizmə inanırdı ki, bu da son nəticədə dövlətin ləğvinə səbəb olmalı idi.

Bu fəlsəfənin tanınmış adlarından biri olan Maks Stirner həm də ilk fərdiyyətçi anarxistdir. Ştirnerin fəlsəfəsi fərdiyyətçi anarxizmin eqoist formasıdır; Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti[4] nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur.[5] Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey yoxdur; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə malik olan varlıqlar kimi görür.[6] Stirner, mərhəmətsizliyə hörmət ediləcəyi eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.[7]

Boston anarxistləri fərdiyyətçi anarxizmin fərqli, daha az radikal formasını müdafiə edirdilər. Onlar azad bazarları və xüsusi mülkiyyəti dəstəkləyirdilər.[8] Onlar azadlığın və mülkiyyətin qorunmasının şəxsi müqavilələrlə təmin edilməsinin tərəfdarı idilər.[9] Bundan əlavə, əmək haqqının mübadilə edilməsini nəzərdə tuturdular , lakin onlar dövlət inhisarında olan kapitalizmin (dövlət zəmanəti altında inhisar kimi müəyyən edilir[10][10]) əməyin ödənilməsini təmin etməyəcəyi barədə xəbərdarlıq edirdilər.

Hələ 19-cu əsrdə Amerika fərdiyyətçiləri arasında müxtəlif məsələlərdə fikir ayrılıqları yaranıb və buna görə də fərdiyyətçi anarxizm baxımından konkret bir nəzəriyyədən danışmaq mümkün görünmür. Məsələn, Taker əqli mülkiyyət hüquqlarına qarşı çıxdığı halda; Spuner dəstəkləyir. Taker torpağın yalnız istifadə edildiyi ölçüdə mülkiyyət hüququnu müdafiə etdiyi halda, Bayinqton və Spuner mülkiyyətə dair belə bir məhdudiyyətin olmadığını qeyd edirdilər.

19-cu əsrdə Taker və bəzi digər anarxistlərin təbii hüquqlar ideyasını tərk edərək Stirnerin fəlsəfəsi işığında "eqoizmi" qəbul etdilər.[11][12] Bu əsrdən sonra "individualist anarxizmin çiçəklənmə dövrü sona çatdı."[13] Lakin fərdiyyətçi anarxizm daha sonra Mörri Rotbard tərəfindən 20-ci əsrdə inkişaf etdirildi. Əsrin ortalarında bu cərəyan anarxo-kapitalistlər tərəfindən müxtəlif dəyişikliklərlə daha geniş kontekstdə azadlıq hərəkatlarından biri kimi qəbul edildi.[14]

İstinadlar