Fərman Kərimzadə

Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı[2] yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Fərman Kərimzadə
Doğum tarixi3 mart 1937(1937-03-03)
Doğum yeri
Vəfat tarixi17 mart 1989(1989-03-17) (52 yaşında)
Vəfat yeri
UşaqlarıƏziz Kərimzadə
Yeganə Kərimzadə[1]
Fəaliyyətikinorejissor, yazıçı, ssenarist
Əsərlərinin diliAzərbaycan dili
Vikimənbənin loqosu Fərman Kərimzadə Vikimənbədə

Həyatı

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.

F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin[3], "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F. Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

Kitabları

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi
  3. Bizim küçənin oğlanları (film, 1973)
  4. Camışçılıq (film, 1966)
  5. Çətirimiz buludlardır (film, 1976)
  6. Daş dözür (film, 1973)
  7. Dərviş Parisi partladır (film, 1976)
  8. Dörd bazar günü (film, 1975)
  9. Mükafat, yoxsa… (film, 1980)
  10. Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  11. Şah və xidmətçi (film, 1976)
  12. Tütək səsi (film, 1975)
  13. Tütünün becərilməsi (film, 1967)
  14. Ver verim (film, 1974)
  15. Yağışlı havalarda (film, 1982)

İstinadlar

Mənbə

Ədəbiyyat

Xarici keçidlər