Firdovsi

Firdovsi (940[1], Tus, Samanilər dövlətitəq. 1020[1][2], Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri.

Firdovsi
fars. فِردُوسی
Doğum adıحَکیم اَبوالقاسِم فِردُوسی طوسی
Doğum tarixi940[1]
Doğum yeri
Vəfat tarixitəq. 1020[1][2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyətişair, yazıçı
Əsərlərinin dilifars dili
Tanınmış əsəri
Vikimənbənin loqosu Firdovsi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır.

Firdovsi fars dilindən əlavə, həm də ərəbpəhləvi dillərini də kamil bilmişdir.

Sultan Mahmud və Firdovsi

Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir.

Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.

1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir.

İstinadlar

Xarici keçidlər