Fyodor Plevako

Plevako Fyodor Nikiforoviç (1842 – 1909) – ən tanınmış rus vəkillərdən biri, hüquqşünas, natiq, həqiqi mülki müşavir

FYODOR PLEVAKO
Fyodor Nikiforoviç Plevako
Doğum tarixi
Doğum yeriTroitskkəndi, Çelyabinsk vilayəti, Rusiya imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeriSankt-Peterburq, Rusiya
Dəfn yeri
Təhsili
  • Birinci Moskva Gimnaziyası[d] (1853–)
Fəaliyyətivəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Moskva Universitetinin hüquq fakultəsində kurs bitirmişdir. Məhkəmə vəzifələrinə namizəd olmuşdur. 1870-ci ildə Moskva dairəsinin məhkəmə palatısının müvəkkil andlılar təbəqəsinə daxil oldu. Vəkil fəaliyyəti Moskvada keçmişdi. İlkin məhkəmə nitqləri böyük natiqlik istedadını göstərdi. Dinləməsi Ryazan dairə məhkəməsində keçirilən polkovnik Kosturbo-Koriskiy prosesində (1871-ci il) Plevakonun rəqibi müvəkkil andlı A.İ.Urusov olmuşdur və dinləciyilərə çox böyük təsir göstərmişdi, lakın sübutların ciddi təhlili ilə seçilən Plevako onun mövqeyini dağıtmışdır.

Bundan başqa Plevakonun daha bir nitqi diqqəti cəlb edir, belə ki 1880-ci ildə 19-yaşlı Kaçka adlı bir qız, tələbə Bayroşevskinin qətlində təqsirli bilinmişdir (onunla sevgi əlaqəsində olmuşdur). Cavanlıqla elmi işlərlə məşğul idi: 1874-cü ildə Puxtanın roma mülki hüquq kursunu rus dilinə tərcümə edib nəşr etmişdir.