Sankt-Peterburq

Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər.[4] XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər.

Sankt-Peterburq
rus. Санкт-Петербург
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
59°57′ şm. e. 30°19′ ş. u.
Ölkə
BaşçıAleksandr Beqlov[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub27 may 1703
Əvvəlki adlarıPetroqrad 1914–1924
Leninqrad 1924–1991
Sahəsi
  • 1.439 ± 0 km²
Mərkəzin hündürlüyü3 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.384.342 nəf. (1 yanvar 2021)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+7 812
Poçt indeksi199406, 190000
Nəqliyyat kodu78, 98, 178, 198
Digər
gov.spb.ru
Sankt-Peterburq xəritədə
Sankt-Peterburq
Sankt-Peterburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir.

Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir.[5]

Adları

  • 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎,[6] fin Pietari)
  • 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus. Петроград, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎)
  • 26 yanvar 1924-cü ildən 6 sentyabr 1991-ci ilədək Leninqrad (rus. Ленинград azərb. Leninqrad‎)
  • 6 sentyabr 1991-ci ildən Sankt-Peterburq (rus. Санкт-Петербург, fin Pietari)

Ayrıca, Çar Rusiyası vaxtında XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,[7] Cəlil Məmmədquluzadə,[8] Üzeyir Hacıbəyov[9] və s. yazıçıların əsərlərində də görünür.[10]

Tarixi

1712–1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.

Əsası 27 may 1703-cü ildə çar I Pyotr tərəfindən qoyulmuşdur.

Şəhərdə üç böyük inqilab baş vermişdir: 1905–1907-ci illər, 1917-ci il Burjua-Demokratik fevral inqilabı, 1917-ci ildə Böyük Oktyabr Sosialist inqilabı. 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə şəhər uzun müddət mühasirədə saxlanılmışdır. Bunun nəticəsində şəhərdə 1500000 nəfər insan ölmüşdür. 1965-ci ildə qəhrəman şəhər statusunu daşıyır. 1966-cı ildən başlayaraq şəhərin əhalisi də çoxalmağa başlamışdır. Şəhərdə yeni tikililər sürətlə artmağa başlamışdır. Böyük prospektlər-Yuri Qaqarin prospekti, Kosmonovatlar prospekti salınmışdır. 1967-ci il Okyabr İnqilabının yubileyində "Юбилейный" İdman Sarayı,"Октябрьский" Böyük Konsert zalı tikildi. 1979-cu ildə Fin körfəzinin sahilində bənd tikildi , hansı ki, şəhəri körfəzin suyundan müdafiə edirdi. 1982-ci ildə Vasilkoy adasında Dəniz Vağzalı tikdilər. 1988-ci ildə isə Sankt-Peterburq şəhərinin əhalisi 5 milyona çatdı. 1990-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Şəhərin bayram və xatirə günləri

Sankt-Peterburqda ümumrusiya və beynəlxalq bayramlarla yanaşı, şəhərin bayram və xatirə günləri də qeyd olunur:[11]

  • 14 yanvar — Sankt-Peterburqun Nizamnaməsinin qəbul olunması günü; (1998-ci ildə qəbul olunub)
  • 18 yanvar — Leninqrad blokadasının yarılması günü; (1943-cü ildə)
  • 27 yanvar — Leninqradın faşist blokadasından tam azad olunması günü; (1944-cü ildə)
  • 10 fevral — Aleksandr Sergeyeviç Puşkinin anım günü; (şair 1837-ci ildə vəfat etmişdir)
  • 27 may — Sankt-Peterburq şəhərinin yaranma günü; (1703-cü ildə)
  • 5 iyun — Leninqrad dəniz mina blokadasının yarılması günü; (1946-cı ildə) 2006-cı ildən qeyd olunur
  • 9 iyun — Birinci Pyotrun doğum günü; (1672-ci ildə)
  • 14 iyun — Müqəddəs İoann Kronshtadtın xatirə günü;
  • 20 iyun — Sankt-Peterburq məktəblərində "Al yelkənlər" adlı məzunlar bayramı (1968-ci ildən 1979-cu ilə qədər və 2005-ci ildən qeyd olunur);
  • 1 İyul — Yenidənqurma günü (2006-cı ildən qeyd olunur);[12]
  • 12 iyul — Müqəddəs Pyotr və Pavel günü;
  • 8 sentyabr — Leninqrad qurbanlarının xatirə günü (1941-ci ildə Leninqradın mühasirəsinin əvvəli);
  • 10 sentyabr — Sankt-Peterburq Sənaye Günü (2016-cı ildən qeyd olunur);
  • 12 sentyabr — Müqəddəs Şahzadə Aleksandr Nevski'nin qalıqlarının Sankt-Peterburqa köçürülmə günü (1724) — Nistad Sülh günü (1721);
  • 30 oktyabr — Gəmi quruculuğu günü (2014-cü ildən qeyd olunur)

Coğrafiyası və iqlimi

Şimala yaxın olmasına baxmayaraq yaz aylarında istilik 30 dərəcəyə çatmaqdadır, qışları isə soyuq keçər, kanallar bu sırada donar, bol yağış yağar.

Şəhərin yayıldığı bütün sahələr boyunca dəniz səviyyəsindən ən yüksək nöqtə 14–15 m ətrafındadır. İyunİyul arasında gündüzlər daha uzun olar və təxminən 2 həftə günəş haradasa heç batmaz. Bu vəziyyətə bəyaz gecələr adı verilmişdir.

Sankt-Peterburq şəhərinin iqlimi
GöstəriciYanFevMarAprMayİynİylAvqSenOktNoyDekİl
Mütləq maksimum, °C8,710,215,325,333,034,635,337,130,421,012,310,937,1
Maksimum orta, °C−3−32,09,316,020,023,020,815,08,62,0−1,59,1
Orta temperatur, °C−5,5−5,8−1,35,111,315,718,816,911,66,20,1−3,75,8
Minimum orta, °C−8−8,5−4,21,57,011,715,013,48,84,0−1,8−6,12,7
Mütləq minimum, °C−35,9−35,2−29,9−21,8−6,60,14,91,3−3,1−12,9−22,2−34,4−35,9
Yağıntı norması, mm443337314671798364685551661
Mənbə: "Sankt-Peterburq şəhərinin iqlimi". Hava və iqlimi. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.; Sankt-Peterburqda 19 may 2014-cü il ərzində hava arxivi, Peterburqda temperatur rekordu qırıldı, mayın 20-də daha bir gözləyirlər


Sankt-Peterburqda doğulan tanınmış şəxsiyyətlər

Qardaş şəhərlər

Həmçinin bax

İstinadlar