Göydələndə nahar

Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto.

Göydələndə nahar (1932)

Qısa xülasə

Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut)[1] hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi.[1] Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur.[1] Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı.

Müəllif

Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi[2][3]) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.[4][5][6][7]

İstinadlar