Gülüstan (Goranboy)

Goranboy rayonunda kənd


GülüstanAzərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd
Gülüstan
40°21′30″ şm. e. 46°34′43″ ş. u.
Ölkə Azərbaycan
RayonGoranboy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100 nəf.
Milli tərkibiAzərbaycanlı
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994
Poçt indeksiAZ5900
Nəqliyyat kodu22
Xəritəni göstər/gizlə
Gülüstan xəritədə
Gülüstan
Gülüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb.

Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib.[2] Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[3]

Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır.[4] 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.[5]

Toponimikası

Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.[6]

Mədəniyyəti

Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanmışdır.

Coğrafiyası və iqlimi

İqlimi yarım səhra, quru və isti, qışı mülayim keçir.

Əhalisi

1 yanvar 1933-cü il tarixində Gülüstan qəsəbəsində 165 təsərrüfatda 981 nəfər yaşayırdı, onların 99,3%-i (975 nəfər) ermənilər idi.[7]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər