Gülnənə Mustafayeva

Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzasıən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950).

Gülnənə Mustafayeva
Doğum tarixi
Doğum yeriAfurca, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi?
Vəfat yeri
Fəaliyyətixalçaçı
Mükafatları1-ci dərəcəli "Stalin" mükafatı — 1950

Həyatı

1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir.[1]

Toxuduğu xalçalar

Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır.

Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.

Mükafatları

İstinadlar