Gənclər və İdman Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı.

Gənclər və İdman Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
YurisdiksiyaAzərbaycan Respublikası
Yaradılma tarixi30 yanvar 2006
Əvvəlki qurumAzərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi
TabelikAzərbaycan Prezidenti
Baş qərargahBakı Bakı
ÜnvanOlimpiya küçəsi 4, AZ1072
Rəhbərlik
NazirFərid Qayıbov
Nazir müavinləriİndira Hacıyeva
Mariana Vasilyeva-Toteva
Fərhad Hacıyev

Rəsmi saytımys.gov.az

Tarixi

Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.[1]

Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.[2]

Strukturu

  • Gənclərlə iş şöbəsi
  • İdman şöbəsi
  • Regionlarla iş və kadrlar şöbəsi
  • Beynəlxlaq əlaqələr şöbəsi
  • Elm və təhsil şöbəsi
  • İqtisadiyyat şöbəsi
  • Maliyyə və maddi-texniki təchizat şöbəsi
  • Analitik təhlil və proqram təminatı şöbəsi
  • Ümumi şöbə
  • Mühasibatlıq uçotu[3]

Beynəlxalq əlaqələri

  1. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əlavə protokol-1997 may 05 (Ankara)
  2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikası Mədəniyyət, İdman və Turizm Nazirliyi (idman və turizm bölməsi) arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu-1996 aprel 10(İslamabad)
  3. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş-1996 sentyabr 16 (Bakı)
  4. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 fevral 18 (Bakı)
  5. Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında idman və gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş-1997 iyun 18 (Daşkənd)

Qurumlar

  • Olimpiya İdman Kompleksləri
  • Gənclər evləri və mərkəzləri
  • İdman qurğuları
  • Digər qurumlar[4]

İstinadlar

Xarici keçidlər