Georgi Jarkov

Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d]22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili).

Georgi Jarkov
Ümumi məlumatlar
Doğum tarixi1 (14) sentyabr 1915
Doğum yeri
Vəfat tarixi22 oktyabr 1981(1981-10-22) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Çəkisi73 kq
Mövqeyihücumçu
Karyerası
Klub karyerası[* 1]
1936—1938SSRİ Dinamo (Smolensk)? (?)
1938SSRİ ÇDKA0 (0)
1939—1940SSRİ Torpedo (Moskva)47 (22)
1941SSRİ Profsoyuzı-26 (1)
1941—1951SSRİ Torpedo (Moskva)144 (41)
Məşqçisi olduğu klublar
1957—1960SSRİ Zenit (Leninqrad)
1962SSRİ Torpedo (Moskva)
1963SSRİ Serp və Molot (Moskva)
1964SSRİ Ararat
1965—1966SSRİ Dinamo (Mahaçqala)
1969SSRİ Uralmaş
1970SSRİ Neftçi

Sovet İttifaqı Kommunist Partiyası üzvü olub[1].

Bioqrafiya

Futbolçu karyerası

Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib.

SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub.

Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi. Zərbələri sağ ayağı ilə vururdu. Futbolçu karyerasında müxtəlif texnika və hücum üsullarından istifadə edib. Onun verdiyi ötürmələrdən Pyotr Petrov və Aleksandr Ponomaryov bir çox qol vurublar.

Məşqçi karyerası

  • "Torpedo" (Moskva): Məşqçi (1952-54) və baş məşqçi (1962)
  • SSRİ İdman Komitəsinin futbol şöbəsi: Dövlət məşqçisi (1955-1957 may)
  • "Zenit" (Leninqrad): Baş məşqçi (1957 iyul-1960 avqust). 1958-ci ildə Jarkovun rəhbərliyi altında "Zenit" milli çempionatda 4-cü yeri tutub[2]. Jarkovun çalışdığı dövrdə "Zenit"in gələcək liderləri komandada yer alıblar — Lev Burçalkin, Vadim Xrapovitski, Anatoli Derqaçyov, Nikolay Ryazanov, Yuriy Morozov.
  • "Lokomotiv" (Moskva): Məşqçi (1961)
  • "Serp və Molot" (Moskva): Baş məşqçi (1963)
  • "Ararat" (İrəvan): Baş məşqçi (1964)
  • "Uralmaş" (Sverdlovsk): Baş məşqçi (1969)
  • Moskva Dövlət Univirsiteti: Bədən tərbiyəsi kafedrasının müəllimi (70-ci illər)
  • "Neftçi" (Bakı): Baş məşqçi (1972 iyul)

Moskvadakı Vaqankovo qəbiristanlığının 4-cü hissəsində dəfn edilib.

Nailiyyətləri

  • SSRİ çempionatının 3-cü medalçısı: 1945
  • SSRİ Kubokunun qalibi: 1949
  • SSRİ Kubokunun finalçısı: 1947

İstinadlar

Xarici keçidlər