Gilan ostanı

Gilanİranın şimal-qərbində ostan.

Gilan ostanı

37°16′39″ şm. e. 49°35′20″ ş. u.


Ölkə
İnzibati mərkəzRəşt
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.042 km²
Əhalisi
Əhalisi
  • 2.530.696 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
ISO koduIR-01
Rəsmi sayt
Gilan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu.[2]

Mirzə Kiçik xan

Ərazi

Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km²[3] (İSM-nə görə 14.042 km²)[4]-dir.

Əhali

Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir.[5][6]

Milli tərkib

2021-ci ildə Gilan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi[7]
etnik qrupnisbəti
Giləklər
  
60.33%
Talışlar
  
19.88%
Azərbaycanlılar
  
18.32%
Kurmanclarləklər
  
1.13%
Lurlar
  
0.25%

Ostan əhalisinin çoxluğu giləklərdən[8] ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) ,[9] talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir.[10] Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar.

  • Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir. Giləklər ana dil olaraq giləkcə, ikinci dil olaraq farsca danışırlar. Gilək dilinin dialektləri:[11] Qaleşi, Rəşti, Rudbari, Someye Sarayi, Lahıcani, Ləngrudi, Rudsəri, Fuməni. Tarixən Təbəri dili adlandırılmış Mazandaran dili ilə Gilək dili olduqca yaxındır.[11] Anadili və ya ikinci dil olaraq 3,000,000 nəfər gilək dilində danışmaqdadır.[12]
  • Azərbaycanlılar:Azərbaycan vilayətlərindən Talış şəhristanının şəhərlərinə güclü miqrasiya nəticəsində talış və gilək dilləri öz mövqelərini itirərək öz yerlərini türkcəyə verirlər.[12] Azərbaycan türkləri Astara bölgəsi,[13]Məncil, Lövşan,[14] Həviq[15]Çubər, Lisar[16]Həştpər şəhərlərində üstünlük təşkil etməklə, geniş olaraq ostanın başqa bölgələrində də yaşamaqdadırlar.
  • Talışlar: Etnologue[17]-nin verdiyi təxminə görə 1993-cü ilə əsasən Gilanda talış dilində danışanların sayı təxminən 112,000 nəfərdir. DAK-ın yayınladığı məlumatlara əsasən hazırda 2012-ci ildə Gilan ostanında 200,000 nəfər talış əsilli əhali yaşamaqdadır.[18] İran İslam Respublikasının rəsmi dövlət saytlarından biri olan National Portal for Electronic Services of İran-a əsasən İran və Azərbaycan Respublikalarında toplam 500,000 nəfər talış əsilli əhali yaşayır.[19]
  • Kürdlər: Kürd əsilli əhali üç müxtəlif tarixi mərhələdə Gilan ostanında məskunlaşmışdır.[20] Onlardan ilk mərhələdə gələnləri rişvan tayfasına mənsub insanlar təşkil edir.[20] XVII əsrin əvvəllərində 1622–1623-cü illərdə İrak torpaqlarını yenidən tamamiylə Səfəvilər İmperiyasının tərkibinə qaytaran I Şah Abbas tərəfindən Osmanlı tərəfində Səfəvi dövlətinə qarşı savaşmış ancaq müharibədə yenilərək tabe edilmiş və o zaman indiki Ərbil vilayətinin dağlıq bölgələrində yaşayan köçəri kürd tayfalarını Səfəvi dövlətinin ucqar sərhəd bölgələrinə sürgün etdirmişdir. O zaman Ərbil ətrafında yaşayan Rişvan (digər deyilişləri-Reşvan, Reşvand, Raşvand, Rəşvənd və s.) tayfası da Gilan vilayətinə sürgün olunmuşdur. Müəyyən iddialara əsasən Rişvan tayfası türk kökənlidir.[21][22][23] Rişvan tayfasından olan əhali Siyahkəl şəhristanının Deyləman bəxşində, Rudbar şəhristanının Amarlu (əslində Ömərli) bəxşində, Rudbar şəhristanının Rəhmətabad və Blukat bəxşində yaşamaqdadırlar.[20] 2-ci mərhələdə gələnləri Nadir şah (1736–1747) hakimiyyəti dövründə Xorasanın Quçan bölgəsindən buraya köçürmüşdür, onlar isə Rudbare Zeytun bölgəsində bəzi kəndlərdə yaşayırlar. 3-cü mərhələdə gələnlərin isə burada məskunlaşması XX əsrin əvvələrinə təsadüf edir. Bu mərhələdə gələnlər Kirmanşah ostanı ərazisindən buraya Ruslara qarşı mübarizədə istifadə edilmək üçün yerləşdirilmişdilər, onlar az saylıdırlar və hazırda Siyahkəl şəhristanının kənd əraziləri qismən bu kürdlərlə məskunlaşdırılmışdır.[20]
Gilan ostanı
Bölgə (Şəhristan)Əhalisi (2006 s.a.)Ərazisi (km²)Etnik çoxluqDigər millətlər
Astara79,416[24]432[25]Azərbaycanlılar[25][26]Talış[25]
Talış179,499[24]291,9[27]Talış[27][27], Azərbaycanlı[12][28]Gilək[12]
Rizvanşəhr64,193[24]783,5[29]Talış[29], Azərbaycanlı[29]Gilək[30]
Masal47,648[24]633[31]Talış[31][32]Gilək
Sövməə Sara129,628[33]572,9[34]Gilək, Talış[34]Azərbaycanlı, Kurmanc[35]
Bəndər Ənzəli130,851[24]304,7[36]Gilək[26][37]Azərbaycanlılar[37]
Fumən96,788[24]777,9[38]Gilək[39][40]Azərbaycanlı, Kurmanc[41]
Rəşt847,680[24]127,2[42]Gilək[42]Azərbaycanlılar[26], Fars[42], Erməni[42]
Şəft63,375[24]586,9[43]Gilək[44]Talış[44]
Astaneyi-Əşrəfiyyə107,801[24]42,8[45]Gilək[45]məlumat yoxdur
Rudbar101,884[24]237,2[46]Tat[26][46][47][48]Azərbaycanlı[46][49]Talış[46], Kurmanc[26][46] Gilək[46]
Siyahkəl46,991[24]1088[50]Gilək[50]Kurmanc[20]
Əmləş46,108[24]410[51]Gilək[52]məlumat yoxdur
Lahican161,491[24]436,7[53]Gilək[53]məlumat yoxdur
Ləngərud133,133[24]438[54]Gilək[54]məlumat yoxdur
Rudsər144,576[24]1331,1[55]Gilək[55]məlumat yoxdur

İstinadlar

Xarici keçidlər