Gilan qızı

(Gilan qızı (film, 1928) səhifəsindən istiqamətləndirilmişdir)

Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film.

Gilan qızı
Fayl:Gilan qızı (film, 1928).jpg
Janrdram
müharibə
RejissorLeo Mur
Əsərin müəllifiYuri Slyozkin
Ssenari müəllifləriLeo Mur
A.V.Bıxovski
Baş rollardaSidqi Ruhulla — Hacı Zəkidər
S.A.Makuxina — Səkinə
Lətif Səfərov — Gülgül
Georgi Parisaşvili — kiçik xan
Operatorİvan Frolov
RəssamAleksandr S.Qonçarski
İstehsalçıAzdövlətkinosənaye
İlk baxış tarixi26 fevral 1929
Filmin növütammetrajlı bədii film
Müddət72 dəq.
ÖlkələrSSRİ SSRİ
Dilsəssiz (titrlər ruscadır)
İl1928
Texniki məlumatlar8 hissə
2127,4 metr
Rəngağ-qara
Çəkiliş yeriBakı

Məzmun

Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.

Film haqqında

Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir.[1]

Film aktyor Lətif Səfərovun kinoda ilk işidir.

Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb.

Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış[2] və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Leo Mur
Ssenari müəllifi: Leo Mur
A.V.Bıxovski
Əsərin müəllifi: Yuri Slyozkin
Operator: İvan Frolov
Rəssam: Aleksandr S.Qonçarski

Rollarda

Sidqi Ruhulla — Hacı Zəkidər
S.A.Makuxina — Səkinə
Lətif Səfərov — Gülgül
Georgi Parisaşvili — kiçik xan
Ağarza Quliyev — Əli
Əhsənullah — Əhsənullah
A.İ.Bəzirganov — Hacı Mübarək
Z.D.Tsıs — Rəqqasə Maro
Qasım Zeynalov — Hacıbəy
A.A.Qlinski — kababxana sahibi
V.M.Korolyov — Həsən
Mirseyfəddin Kirmanşahlı
A.Aleksandrovski

İstinadlar

Mənbə

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
  • Azərbaycanın ilk erotik filmi (VİDEO)

Xarici keçidlər