God of War (videooyun, 2005)

God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.

God of War
PS2 versiyasının üz qabığı
PS2 versiyasının üz qabığı
HazırlayanSIE Santa Monica Studio
YayımlayanSony Computer Entertainment
SeriyaGod of War
Buraxılış tarixiPlayStation 2
ŞA - 22 mart 2005
AV - 8 iyul 2005
Yaponiya - 17 noyabr 2005
PlayStation 3
God of War Collection
ŞA - 17 noyabr 2009
Yaponiya - 18 mart 2010
AU - 29 aprel 2010
AV - 30 aprel 2010
God of War Saga
ŞA - 28 avqust 2012
PlayStation Vita
ŞA - 6 may 2014
AV - 9 may 2014
AU - 14 may 2014
PlayStation 4
ŞA - 1 noyabr 2011
AV - 2 noyabr 2011
AU - 3 noyabr 2011
Yaponiya - 15 may 2014
JanrlarAksiya-macəra
Hack and slash
Yaş reytinqləriBBFC — 18
CERO —
ESRB —
OFLCA — MA15
PEGI —
DizaynerlərDeyvid Yaffe
SsenaristlərMarianne Kravçik
Aleksandr Steyn
Deyvid Yaffe
Kiif Fey
RəssamlarÇarli Ven
Terri Smit
Stiv "Skət" Katerson
BəstəkarlarJerar Marino
Mayk Reyqan
Ron Fiş
Uinifred Fillips
Uinni Valdron
Kris Valesko
Marsello De Fransissi
Texniki məlumat
PlatformalarPlaystation 2
PlayStation 3[qeyd 1]
PlayStation Vita [qeyd 2]
MühərriklərKinetica[qeyd 3] Bluepoint Engine[qeyd 4]
Oyun rejimibirnəfərli oyun[1]
İnterfeysin diliingilis dili
DaşıyıcılarCD
Blu-ray [qeyd 5]
İdarəetməQeympəd
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur[2]. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır[3]. 2010-cu ilin mart ayının 18-də Avropa, AvstraliyaYaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır[4]. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir.[5]

Geympley

Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır. Oyunçu, kombi əsaslı döyüş, platforminq və tapmaca elementləri ilə Kratos personajını idarə edir. Düşmənlər kökləri yunan mifologiyasına söykənən qulyabani əsgərlər, harpiyalar, minotavrlar, Meduzaqorqonaları, sikloplar, kabus məxluqları, dəniz pəriləri, satirlər, kentavrlar, kerberlar, əjdahalarPandora's Guardian (azərb. Pandoranın Gözətçisi‎) adlı bir minotavr kimi məxluqlardan ibarətdir[6]. Platforma elementləri nərdivan və divarlara dırmaşmaq, uçurumlardan tullanmaq, kəndirlərdən sallanmaq, oyunun hissələrində irəliləmək və dirəklərin üzərindən keçmək üçün tarazlığı saxlamaqdan ibarətdir. Oyunçunun adi tullanmaqla çata bilmədiyi yerlərə getmək üçün böyük qutuları endirmək kimi bəzi tapmacalar sadədir, bir qapını açmaq üçün oyunun fərqli-fərqli hissələrindən açarları tapmaq kimi tapmacalar isə mürəkkəbdir.[7]

Oyunçu, oyun dünyasında yaşıl, göyqırmızı rəngli sandıqlardan eynirəngli kürələr tapa bilərlər. Yaşıl rəngli kürələr oyunçunun sağlamlıq sayğacını doldurur, göy rəngli kürələr sehr sayğacını doldurur, qırmızı kürələr isə silahları və sehrləri təkmilləşdirmək üçün təcrübə balları verir. Bu ballar, oyunçuya yeni və daha güclü həmlələr etməyə imkan verir. Oyunda Rage meter (azərb. Qəzəb sayğacı‎)-da var. Bu sayğac yalnız qırmızı kürələr vasitəsiylə dolur. Dolanda, Rage of the Gods (azərb. Tanrıların Qəzəbi‎) qabiliyyətinin istifadə edilməsinə icazə verilir. Qırmızı rəngli kürələr düşmənləri öldürməklə və bəzi əşyaları qırmaqla da əldə edilir. Oyunçular rəngsiz sandıqlarda Qorqona GözləriSimurq Lələkləri adlı əşyaları da tapa bilərlər. Gözlər və Lələklər müvafiq olaraq Sağlamlıq və Sehr sayğaclarının həcmlərini artıra bilərlər. Gözlərin və ya Lələklərin 18-də tapanda, sağlamlıq və sehr sayğaclarının həcmlərini maksimallaşdırır.[8]

Məzmun

Sparta ordusunun komandiri olan Kratos, döyüşü uduzur. Ölmək üzrə olarkən müharibə tanrısı olan Ares ilə etdiyi razılığa görə Ares, Kratosun düşmənlərini məhv edəcək, Kratos isə Aresin xidmətinə girəcəkdi. Lakin Ares, Kratosu aldadır və Kratosun ailəsini (həyat yoldaşını və qızını) öldürməsinə səbəb olur. Buna görə Kratos, Aresə xidmət etməkdən imtina edir. Bu hadisədən sonra Kratos, kabuslarından xilas olacağı vədləri ilə Olimp tanrılarına 10 il xidmət edir. Ares bacısı olan Afinanın şəhərinə müharibə elan edir. Afinanın rəhbərlik etdiyi Kratos, Aresdən intiqam almaq üçün Afinada bir kahindən Aresi yalnız Pandoranın Qutusu ilə məhv edə biləcəyini öyrənir. Bu səbəbdən Kratos, Pandoranın məbədinə gedir və qutunu tapır. Lakin bunu eşidən Ares, Kratosu öldürür və qutunu ələ keçirir. Kratos, cəhənnəmə getsə də buradan xilas olub təkrar yer üzünə çıxır. Pandoranın Qutusu-nu Aresdən geri alan Kratos, qutunun təsiriylə Ares ilə döyüşəcək gücə sahib olur. Döyüş əsnasında Ares, Kratosun Blades of Chaos (azərb. Xaosun Qılıncları‎) adlı silahını alır və onun əvvəldən çəkdiyi ağrıları yenidən yaşamasına səbəb olur. Lakin Kratos, Blade of the Gods (azərb. Tanrıların Qılıncı‎) adlı silahı tapır və Aresi öldürür. Aresin ölümdən sonra Afina, Kratosun günahlarının əfv ediləcəyini, lakin gördüyü kabuslar haqqında hər hansı bir şey edə bilməyəcəklərini deyir. Bunu eşidən Kratos, ağrılarını sakitləşdirmək üçün özünü yüksək bir dağdan Egey dənizinə ataraq intihar edir. Lakin Kratos bir tanrını öldürdüyü üçün o tanrının yerini alır. Bu görə tanrılar onu dənizdən geri çıxarır, ölməsinə icazə vermir və Kratosu, yeni müharibə tanrısı olaraq Olimp dağına gətirirlər.

Personajlar

Əsas məqalə: God of War personajlarının siyahısı

God of War oyunundakı personajların siyahısı:

  • Kratos (yun. Κράτος) — God of War oyun seriyasının baş qəhrəmanı[9]. Personaj, öz canını qurtarmaq üçün Olimp tanrısı Aresə xidmət etmək məcburiyyətində qalmış hakimiyyət hərisi olan bir Spartalı döyüşçüdür. Qanlı bir həyəcan əsnasında, Kratos istəmədən həyat yoldaşını və qızını öldürdü. Kratos, Aresi buraxaraq, (Furies tərəfindən həbsi edilməsi daxil) əzablı ruh halına gəldi və kabuslardan azad olmaq ümidiylə on il ərzində tanrılara xidmət etmişdir. Kratos nəticədə Aresi öldürdü və Müharibə Tanrısı oldu, ancaq atası Zevs ona xəyanət etdi. Bir sıra Tanrıların və Divlərin təsirindən xilas olma cəhdləri, Tanrının ölümünə və Olimp Tanrılarının ağalığına son verən Zevs ilə son bir qarşıdurmaya çevrilərək nəticələndi. Ardından Afina ortaya çıxmış və Kratosu dünyadakı ən yüksək tanrı tərəfindən olma yolunda özünü fəda etmişdir. İllər və ölümcül fədakarlığından sonra xilas sonra, Kratos Atreus adlı oğlu ilə Skandinaviya tanrılarının dünyasında yaşayır[10]. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) oldu[11][12]. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi[13]. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.[14]
  • Afina (ing. Athena, yun. Αθήνα) — God of War oyun seriyasının bütün oyunlarında və yunan mifologiyasında qədim hərb və zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi. Chains of Olympus-da Afina ilk olaraq Kratosu işığın yoxluğunda olduğu kimi Heliosu tapmağa vəzifələndirdi, tanrı Morfeus tanrıların çoxunun dərin bir yuxudan keçməsinə səbəb olmuşdu[15]. God of War-da, Kratosa Aresi öldürmə missiyasını verdi, çünki Zevs ilahi iştirakı qadağan etmişdi və Kratosun yəni müharibə olmasına icazə verirdi[16]. Afina, Zevsi qorumağa çalışarkən həyatını itirmişdir. Lakin God of War III-də dirilmişdir. Gizli motivləri ilə Afina yenə Kratosun müttəfiqi olmuş və Kratosun Zevsi öldürüb Olimpin hakimiyyətinə son qoymasına kömək etmişdir.[10][17][18] Personaj ilk olaraq Karoli Ruqqiyer tərəfindən God of WarGod of War II oyunlarında səsləndirildi. Erin Torpey, Chains of Olympus-dakı Afina rolunu boynuna götürdü. Erin Torpey God of War IIIGhost of Sparta oyunlarında Afina personajını səsləndirməyə davam etmişdir.[11][14]
  • Ares (yun. Άρης) — God of War oyun seriyasında keçmiş müharibə tanrısı və God of War oyunundakı əsas antaqonist.[19][20]
  • Poseydon (ing. Poseidon, yun. Ποσειδώνας) — God of War oyun seriyasında keçmiş dəniz tanrısı.
  • Afrodita (ing. Aphrodite, yun. Αφροδίτη) — God of War oyun seriyasında və yunan mifologiyasında eşqgözəllik və əyləncə ilahəsi. Afrodita, God of War-da Kratos tərəfindən öldürülən Qorqona Meduzanın başını gücləndirərək və onu Kratosa sehrli bir silah olaraq verərək Kratosa kömək etmişdir[21]. God of War III-də, memar Dayedalus ilə əlaqədar tövsiyələr vermişdir. Kratosu şirnikləşdirən Afrodita, onu ayrı yaşadığı həyat yoldaşına istiqamətləndirmişdir. Afrodita Kratosun öldürmədiyi tək tanrıdır[22]. God of War-da Karol Ruqqiyer[23], God of War III-də isə April Stivart tərəfindən səsləndirilmişdir.[24]
  • Zevs (ing. Zeus, yun. Ζεύς) — God of War oyun seriyasında və yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın, bütün dünyanın tanrısı və God of War II God of War III oyunlarındakı əsas antaqonist.[25]
  • Artemida (ing. Artemis) — God of War oyun seriyasında və yunan mifologiyasında ay, ov və vəhşi təbiət ilahəsi, Zevsin Letodan olan qızı, Apollonun bacısı, heyvanların, bitkilərin və uşaqların himayəçisi. God of War-da, bir Divi öldürmək üçün də istifadə etdiyi Blade of Artemis (azərb. Artemidanın Qılıncı‎)-ı verərək Kratosu Pandoranın Məbədində dəstəklədi[26]. God of War III-də görünmürdü, bu da onun taleyini naməlum buraxdı. Personaj God of War oyununda Klaudiya Blek tərəfindən səsləndirildi.[23]

Bunlardan başqa Afinanın Kahini, Qəbirqazan, adam yandıran və qayıq kapitanı kimi əhəmiyyətsiz personajlarda var. Kratosun həyat yoldaşı Lizandra, qızı Kalliyope, Barbar Kral və Kənd Kahini kimi yalnız xatirələrdə görülə bilən personajlarda mövcuddur. Oyun Linda Hant tərəfindən rəvayət edilir.[23][27]

Athens Town Square hissəsi başlamazdan əvvəl Kratos pilləkəndən qalxır.

Oyun Prosesi

Silahlar, Sehrlər və Reliktlər

Kratosun God of War oyununda istifadə etdiyi silahların siyahısı:[28]

  • Blades of Chaos (azərb. Xaosun Qılıncları‎) — Ares tərəfindən özünə sədaqətini vəd etdikdən sonra Kratosa verilən bir cüt qılınc. Bunlar, Kratosun qollarına zəncirlər vasitəsi ilə bağlanan, həm silah, həmdə müharibə tanrısına olan qulluğunu simvolikləşdirən geniş, əyri qılınclardır. Kratos, düşmənlərə xəsarət yetirmək və müxtəlif kombi hücumlarını həyata keçirmək üçün onları yelləyir.
  • Blade of Artemis (azərb. Artemidanın Qılıncı‎) — ilahə Artemida tərəfindən Kratosa verilən böyük, mürəkkəb bir qılınc. Qılınc olduqca yavaşdır, lakin düşmənlərə Blades of Chaos-dan daha çox xəsarət yetirir.
  • Blade of the Gods (azərb. Tanrıların Qılıncı‎) — Kratos, Ares'i öldürmək üçün istifadə etdiyi, güclü və nəhəng bir qılınc. Keçmişdə, Afina şəhəri ilə Suicide Bluffs (tələffüzü: Suisayd Blafs) arasında bir körpü kimi istifadə edilirdi.
  • Blades of Athena' (azərb. Afinanın Qılıncları‎) — God of War oyununun sonunda Afina tərəfindən Kratosa verilən bir cüt qılınc. Areslə olan son döyüşdə, Kratosdan geri aldığı Blades of Chaosu əvəz edir.
  • Poseidon's Rage (azərb. Poseydonun Qəzəbi‎) — Poseydon tərəfindən Kratosa verilən bir sehr. Bu sehrdən istifadə edəndə, Kratosun yaxınlığında dağıdıcı gücdə bir elektrik yaranır. Bu sehr, düşmənlərə bir neçə dəfə zərər verir və Kratosu hücumlardan qoruyur.
  • Medusa's Gaze (azərb. Meduzanın Baxışı‎) — Kratos tərəfindən istifadə edilən, əslində Meduzanın başı olan bir silah. Meduzanı, Afroditin əmri ilə öldürdükdən sonra Kratos onun başını alır və düşmənlərini daşa çevirmək üçün istifadə edir.
  • Zeus' Fury (azərb. Zevsin Qəzəbi‎) — Zevs tərəfindən Kratosa verilən bir sehr. Bu sehr, Kratosun əlində ildırım boltlarını yaratmasına və onları uzaqdakı düşmənlərə atmasına imkan yaradır.
  • Army of Hades (azərb. Aidin Ordusu‎) — Aid tərəfindən Pandoranın Məbədinə verilən bir sehr. Bu sehr, Kratosun yaxınlıqlardakı düşmənlərə hücum etmək üçün Underworld-dakı (azərb. Cəhənnəm‎) ruhları çağırmasına imkan verir.
  • Rage of the Gods (azərb. Tanrıların Qəzəbi‎) — Blades of Chaos-u təkmilləşdirəndən sonra əldə edilən bir qabiliyət. Ekranın altında bir sayğac görünür. Sayğac dolanda "Rage of the Gods"-ı aktivləşdirmək olar. Aktivləşdirəndə, Kratos düşmənlərinə daha çox xəsarət yetirir və daha az xəsarət alır.
  • Poseidon's Trident (azərb. Poseydonun Traydenti‎) — Pandoranın Məbədində tapılan bir əşya. Bu əşya, Kratosun boğulmadan sonsuza qədər su altında qalmasını, üzməsini və nəfəs almasını təmin edir.

Bosslar

İntihar edəndən əvvəl Kratos.

Kratosun God of War oyununda qarşılaşdığı bossların siyahısı:[29][30][31][32]

  • Hydra (azərb. Hidra‎) — "Kratos, Afinaya çatmadan əvvəl bitirmən lazım olan bir vəzifə var. Bu məxluq, bu Hydra, dənizlərimdə çox uzun müddətdir ki, dəhşət salır." — Poseydon.
    God of War oyun seriyasında kiçik bir adanın böyüklüyündə olan, çox-başlı bir dəniz ilanı. Hydra King (azərb. Hidra Kral‎), ətrafındakı daha kiçik ilan başlarını nəzarət edən dominant bir məxluqdur. Hydra King ölsə, digər Hydra-lar onunla birlikdə ölərlər. Oyun başyalanda, Kratos, dəniz tanrısı Poseydon tərəfindən, gəmiləri məhv edib dənizçiləri öldürərək suverenliyini təhlükəyə salan məxluqun öldürülməsi üçün vəzifələndirilir. Kratosun donanması Afinaya yaxınlaşarkən hansısa bir Hydra onlara hücum edir. Kratos, gəmisinin göyərtəsinin aşağı tərəfindən keçərkən Hydra King-in daha kiçik bir başı ilə döyüşür. Kratos Hydra-ın gözünü çıxararaq və onu gah sola, gah da sağa çırparaq ciddi xəsarət yetirir. Göyərtədə Hydra King-in başqa bir gəmiyə hücum edən bir başı görülür. Bir neçə dənizçini yedikdən sonra, Kratosa hücum etməyə başlayır. Kratos isə həmən Hydra-ı öldürür. Kratosun Hydra ilə son qarşılaşması, Hydra King və daha kiçik olan iki başı ilə döyüşdüyü başqa bir gəmi göyərtəsində reallaşır. Kratos nəhayət gəminin dorunu Hydra King-in başının içindən keçirərək öldürür.
  • Medusa (azərb. Meduza‎) — "Medusa, Qorqonaların Kraliçası və ilki. Mənə başını gətir Kratos, sənə gücünü istifadə etmək qabiliyyətini verəcəyəm." — Afrodita.
    God of War oyun seriyasında və yunan mifologiyasında əcaib ilan saçları olan və gözlərinə baxan hər şeyi daşa döndərən qadına bənzər məxluq. Afinanın işğalı zamanı, Qorqonaların Kraliçası tituluna layiq oldu. Meduza və onun irqinin Afinadan nifrət etdiklərini bildiyi üçün, Ares onları öz ordusuna almışdı. Kratos şəhərin xarabalıqlarına doğru getdiyi zaman, Afrodita ilə görüşdü. Afrodita, Kratosa Meduzanın başını kəsməsini əmr etdi. Qorqonalar kölgələrdən çıxdı və Kratos ilə döyüşdü. Kratos axırda Qorqonaların başını əlləri ilə yerindən qopartdı. Buna görə Afrodita Kratosu Medusa's Gaze (azərb. Meduzanın Baxışı‎) adlı silahı verdi. Bundan sonra Kratos Medusa's Gaze-dən istifadə edərək Minotavrlarla döyüşdü. Meduzanın varlığı sona çatmışdı, ona görə də Meduzanın bacıları Euryale və Steno, God of War II-də Kratos onları öldürənə qədər Qorqonalar irqinə rəhbərlik etdilər. Steno God of War: Ascension-da görünür, və bu Meduzanın Qorqonaların ilk yox, ikinci kraliçası olduğu deməkdir.
  • Pandora's Guardian (azərb. Pandoranın Gözətçisi‎) — God of War oyununda təxminən 20 metr yüksəkliyində, demək olarki xəsarət alma bilməyən bir zireh geyən qulyabani minotavr. Minotavr, Pandoranın Məbədinin Aida həsr olunan hissəsini və Memarın oğlunun qəbrini mühafizə edir. Gözətçini zirehinə görə məğlub etmək çox çətindir. Axırda, Kratos onu qapıya batıraraq öldürür.
  • Ares (azərb. Ares‎) — "Sənə bir fanini öldürməyin bir çox yolunu öyrətdim, Kratos. Yanan ətlər, qırılan sümüklər. Lakin bir insanın ruhunu qırmaq onu həqiqətən məhv etməkdir." — Ares
    God of War oyununda və yunan mifologiyasında müharibə tanrısı. Ares həmçinin God of War oyunundakı baş antoqanistdir.
Kratos (havada) Blades of Chaos adlı silahı ilə Hidrayla döyüşür. yuxarı sol küncdəki HUD, Sağlamlıq sayğacını göstərir. Ədədlər, oyunçunun yığdığı qırmızı kürələrin sayını ifadə edir. Ekranın altındakı yaşıl sayğac, rəqibin sağlamlıq səviyyəsini göstərir.

Yaradılma

Santa Monica, 2002-ci ildə Dark Odyssey (azərb. "Qaranlıq Odisseya"‎) adlı layihə altında God of War-ı inkişaf etdirməyə başladı. Oyun, SCEA Santa Monica Gamers' Day 2004-də təqdim edilmişdir.

Oyunun rejissoru və yaradıcı Deyvid Yaffe, oyundakı kameranın kino-təqdimat şəklində olacağı haqqında məlumat vermişdir. E3-də, oyunçuların kamera sistemi ilə əlaqədar problem yaşadıqlarını görməklərinin lazımlı olduğunu və kameraların "problemli sahələri tapmaq və düzəltmək üçün E3-dən alınan mənbələrlə geniş diqqət testləri edirik" demişdir. Oyun, Santa Monica-nın əvvəlki oyunu olan Kinetica üçün inkişaf etdirdikləri Kinetica mühərrikindən istifadə edir.

Oyunun yunan mifologiyasına söykənməsinə baxmayaraq, inkişaf komandası mifologiyanı dəyişdirməkdə özlərinə "çoxlu azadlıq" verildiyini demişdir. Deyvid Yaffe oyunun ssenarisini yazarkən, 1981 istehsalı film olan Clash of the Titans-dan ilhamlandığını demişdir.

Buraxılış

God of War oyunun demo versiyası, 2005-ci ilin yanvar ayının 1-də God of War: The Hydra Battle (azərb. "Müharibə Tanrısı: Hidra Döyüşü"‎) adı ilə təqdim edildi. Bu demo versiya, Kratos müxtəlif düşmənlərlə döyüşməsini və Hidra ilə olan döyüşünün bir qismini ehtiva edirdi[33]. Oyun, 22 martda Şimali Amerikada[34], 8 iyulda Böyük Britaniyada, 17 noyabrda isə Yaponiyada satışa çıxarıldı[35]. Oyun, iyul ayının sonuna qədər, 2005-ci ildə satışa çıxarılan və ən çox satan 6-cı oyun olmuşdur[36]. Oyun, 2006-cı ildə PlayStation 2-in Greatest Hits (azərb. Ən Böyük Hitlər‎) adlı siyahısına əlavə edildi[37]. Sony, 2012-ci ilin iyun ayında, oyunun 4,6 milyondan çox surət satdığı haqda məlumat vermişdir.

Saundtrek

Müharibə Tanrısı: Oyundan olan Orijinal Saundtrek
NövüMüxtəlif bəstəkarlar tərəfindən Saundtrek albomu
Yayımlanma tarixi22 mart 2005
Janrdöyüş-macəra oyunu
Müddət58:55
Dilingilis dili

Jerar K. Marino, Ron Fiş, Uinifred Fillips, Mayk Reyqan, Kris Velasko və Uinni Valron[27] tərəfindən bəstələnən oyunun saundtreki, Sony Connect Music Store tərəfindən 1 Mart 2005-ci ilin Mart ayının 1-də albom şəklində nümayiş olundu. Oyuna daxil edilən bir kupon kodu yolu ilə oyunu alan müştərilərə saundtrek pulsuz olaraq təqdim edildi. Saundtrek, 2010-cu ilin Mart ayında God of War III Ultimate Edition (azərb. Müharibə Tanrısı III Son Buraxılış‎)-un bir parçası olaraq, God of War Trilogy Soundtrack-də endirilə məzmun olaraq çıxdı[38]. Albomdakı musiqilərin bəzilərində, oyunun müxtəlif yerlərindən alınan diyaloqlara rast gəlmək mümkündür.

Qiymətləndirmə

Tənqidlər

God of War, tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Oyun, xüsusilə oyun prosesi, qrafikaları və səsləriylə tərif yığdı. CNN tərəfindən aparılan istintaqda God of War, "oyunçulara niyə oyun oynadıqlarını xatırladan oyun" olaraq adlandırıldı.[39]

Mükafatlar və təriflər

God of War "İlin Oyunu" mükafatını bir neçə dəfə qazanmışdır[40]. 2005 Spike Video Oyun Mükafatlarında "Ən Yaxşı Aksiya Oyunu", Deyvid Yaffe isə oyuna görə "İlin Dizayneri" seçilmişdir. Oyun həmçinin, "İlin Oyunu", "İnsan Kişi Tərəfindən Olan Ən Yaxşı İcra" (Terrens Konnor Karson, Kratos olaraq) və "Ən Yaxşı Orijinal Xal" mükafatları üçün də namizəd olmuşdur[41]. 2006 İnteraktiv Müvəffəqiyyət Mükafatlarında "İlin Ümumi Oyunu", "İlin Konsol Oyunu" və "İlin Aksiya/Macəra Oyunu" olmaqla bir çox mükafat qazanmışdır[42]. 2009-ci ildə God of War IGN tərəfindən, bütün zamanların ən yaxşı yeddinci PlayStation 2 oyunu adına layiq görülmüşdür[43]. 2012-ci ilin noyabr ayında, God of War Complex jurnalı tərəfindən bütün zamanların ən yaxşı on birinci PlayStation 2 oyunu adına layiq görülmüşdür.[44]

Sonrakı işlər

God of War
ing. God of War

Müharibə Tanrısı
MüəlliflərMetyu Stover
Robert Eduard Vardeman
JanrlarAksiya, Macəra
Orijinalın diliİngilis dili
Ölkələr ABŞ
Orijinalın nəşr ili25 may, 2010
SeriyaGod of War
NəşriyyatSony Interactive Entertainment
Növyumşaq cildli kitab
ISBN978-0-345-50867-6
 Vikianbarda əlaqəli mediafayllar

Roman

2009-cu ilin iyul ayında, həm God of War-ın, həmdə God of War II-in eyniadlı bir romanı haqqında məlumat verilmişdir[45]. Əsər, Metyu Stover və Robert Eduard Vardeman tərəfindən yazılmış və 2010-cu ilin may ayının 25-də Del Rey Books tərəfindən nəşr olunmuşdur[46][47]. Vardeman Play jurnalına verdiyi müsahibədə, 1930-cu illərdə yazılan bir mifologiya kitabının özünün yunan mifologiyası ilə maraqlanmasının səbəbi olduğunu və God of War romanında işləməsinin "qaçırılmaması lazım olan bir fürsət" olduğunu demişdir. Vardeman həmçinin, romanın oyunun məzmunu izləməməsi üçün, əlavə bir materialı ehtiva etməsinin vacib olduğunu da demişdir. Vardeman, Kratos-u əhəmiyyətli bir personaj olaraq xarakterizə etmiş və "Bu motivlər münaqişəsi onu, narahat, amma böyük bir qəhrəman edir" demişdir. Vardeman, Kratos haqqında çoxlu potensial hekayələrin olduğunu deyərək God of War II-in eyniadlı romanını təsdiqləmişdir.[48]

Roman, oyunun hadisələrini izah edir və hekayəsinə Afinanın Kratosun Aresi öldürməsini istədiyini və Zevs xaric digər tanrıları Kratosa kömək etməsi üçün, onları necə manipulyasiya etdiyini izah edərək daha dərin qavrayışlar təqdim edir. Afinanın planlarını öyrəndikdən sonra Zevs, Kratosu Aresi öldürdükdən sonra müharibə tanrısı halına gətirmə niyyəti ilə Kratosa kömək etməyə qərar verir. Afina Poseydonu, Aresin Hidranı özünün ağalıq etdiyi yerlərə gətirdiyinə inandırır[49]. Artemida Kratosa kömək etməyə qərar verir. Çünki, Ares onun təbiətinii məhv etməyə çalışır. O, Kratosa kömək edərək bunun qarşısıma almağa çalışır[50]. Afina Afroditanı, Meduzanın özünə qarşı çağırış planlaşdırdığına inandırır[51]. Lakin, Aid kitabdan çıxarılmışdır. Çünki Kratos onunla qarşılaşmır və sehrini əldə etmir[52]. Kitabdakı bir başqa yanlışlıq, Kratosun Afinadan yeni bir qılınc dəsti almamasıdır[53]. Kitabda həmçinin, Blades of Chaos (azərb. Xaosun Qılıncları‎)-ın Hefest tərəfindən Tartarda yaradıldığını da öyrənmək olar.[54]

Tanrı Hermes tanrısı oyunda olmasa da, romanda var. O, Afinaya Kratosun intihar etdiyini bildirməsindən məsuldur[55]. Yeni personajlar arasında Kratosun gəmisinin birinci zabiti olan Soevs[56] və Meduzanın iki xidmətçisi, Yurr və kor kişi var[57]. Mini-oyunlarından birində qarşılaşılan əkiz qızların, Afroditanın Zora və Lora adlı qızları olduğuaşkar olunur[58][59]. Kitab həmçinin, qəhrəmanlar tərəfindən öldürülən mifologiyanın bəzi məxluqlarının hələ həyatda olduğunu açıqlayır. Məsələn, Zevs, Herkulesin Hidranı öldürdüyünü xatırladır və Athena bunu təsdiqləyir ancaq Zevsə, yeni Hidranın Tifon və Exidna adlı divlərin yumurtasında olduğunu və Aresin onu azad etdiyini deyir.[60]

Film

2005-ci ildə, oyunla bağlı bir filmin yaradılacağı haqda məlumatı verildi[61]. Oyunun prodüseri Deyvid Yaffe, Deyvid Self tərəfindən bir ssenarinin yazıldığını və filmin tanınmış bir rejissor tərəfindən çəkiləcəyini açıqlamışdı. Həmçinin Yaffe, Kratos rolu üçün Dcimon Hounsou ilə görüşdüklərini və filmin prodüserliyi ilə Universal Studios-un maraqlandığını, lakin bu ankı vəziyyətin nə olduğunu tam olaraq bilmədiyini demişdir[62][63]. Filmin rejissorluğu üçün Brett Ratner düşünüldüsə də[64], sonradan imtina edildi.[65]

Qeydlər

İstinadlar

Xarici Keçidlər