Gorazıllı

Füzuli rayonunda kənd

GorazıllıAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd.

Gorazıllı
39°29′32″ şm. e. 47°05′13″ ş. u.
Ölkə
RegionFüzuli rayonu
RayonFüzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gorazıllı xəritədə
Gorazıllı
Gorazıllı
Gorazıllı xəritədə
Gorazıllı
Gorazıllı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

Kora-Hasıllı adının təhrifidir. Türk dillərində kora "qışlaq yerində maldarların evləri" və Qızılbaş tayfalarından Hasıllı elinin adından ibarətdir.[1]

Tarixi

Kəndin tarixi XVIII–XIX əsrlərə gedib çıxır. Kənd 1993-cü il iyulun 2-də erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.[2][3]

Toponimikası

Gorazıllı Füzuli rayonunun Qarakollu inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, oykonim etnotoponim olub, Gorazıllı nəslinin adını əks etdirir.[4]

Əhalisi

Hazırda kəndin əhalisi Bakı, Sumqayıt şəhərlərində, həmçinin Füzuli rayonunun işğal edilməmiş ərazisindəki Fin şəhərciyində məcburi köçkün kimi məskunlaşıb.

Şəhidləri

  • İsmayılov İsmayıl Əliş oğlu
  • Həşimov Mirzə Müzəffər oğlu
  • Kazımov Sərviz Bağman oğlu
  • Allahverdiyev Aqil Soltan oğlu
  • Quluyev Rövşən Nadir oğlu
  • Allahverdiyev Amil Həsən oğlu
  • Namazov Məhəmməd Cəlil oğlu
  • Namazov Bərşad Cəlil oğlu
  • Namazova Tutu Hümbətalı qızı
  • Rüstəmova Şəlalə Nəbi qızı
  • Rüstəmov Muxtadir Müzəffər oğlu
  • Əliyev Oruc Lətif oğlu
  • Həziyev Mürşüd Xurşud oğlu
  • Rüstəmova Əsli Əlfida qızı
  • Balıyev İlham Bəşir oğlu

İqtisadiyyatı

Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər