Hüseyn Məmmədov (əmək qəhrəmanı)

Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949).[1]

Hüseyn Məmmədov
azərb. Hüseyn Abdulla oğlu Məmmədov
Doğum tarixi
Doğum yeriŞahtaxtı, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeriNaxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı Rusiya İmperiyasıSSRİ SSRİ
Milliyyətiazərbaycanlı
Fəaliyyətiqoyunçu
MükafatlarıSosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.[2]

İstinadlar