Hal (Qubadlı)

Qubadlı rayonunda kənd

HalAzərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.[1]

Hal
39°16′29″ şm. e. 46°40′34″ ş. u.
Ölkə Azərbaycan
RayonQubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Hal xəritədə
Hal
Hal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir.

İqtisadiyyatı

Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur.

Mənbə

  • Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 451-452.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər