Herakl

Herakl (yun. 'Ἡρακλῆς, lat. Herculēs), Alkaius və ya Alkid qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır.

Herakl
yun. Ἡρακλῆς
MifologiyaYunan
Yunanca adıἩρακλῆς
Latınca adıHerculēs
Cinsikişi[d]
FəaliyyətiQəhrəmanlıq
AtasıZevs
AnasıAlkemena
UşaqlarıHeraklidlər
Əlaqəli personajlarİolay
Xarakterik cəhətləriGüc, qüvvə
AtributlarDəyənək və aslan dərisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun haqqında olan rəvayətlərdən ən məhşuru "Heraklın on iki qoçaqlığı" hekayəsidir.

Heraklın 12 qəhrəmanlığı

  1. Heraklın Nemey şirini öldürməsi. Əfsanəyə görə, şirin pəncəsi yalnız öz pəncəsi ilə kəsilə bilərdi;
  2. Heraklın Hidranı öldürməsi;
  3. Heraklın Eriman qabanına qalib gəlməsi;
  4. Heraklın Kireney maralını tutması. Bu maralın mis ayağları var. Herakl bu maralı tutmaq üçün tam 1 il durmadan qaçmışdır;
  5. Heraklın Stimfal quşlarını ovlaması;
  6. Heraklın Avginin tövləsini təmizləməsi;
  7. Heraklın Krit öküzünü gətirməsi;
  8. Heraklın Frakiyaya səfəri;
  9. Herakl Amazonkalar ölkəsində;
  10. Herionun öküzləri və nəhəng Kakos;
  11. Heraklın Atlantla görüşü;
  12. Aidin ölülər dünyasını qoruyan itini yer üzünə çıxartmaq.

Mənbə

Həmçinin bax