Heydərli (Pəmbək)

Heydərliİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.[2]

Kənd
Heydərli
40°47′ şm. e. 44°23′ ş. u.
Ölkə Ermənistan
RegionPəmbək mahalı
RayonBöyük Qarakilsə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 33 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Heydərli xəritədə
Heydərli
Heydərli

Tarixi

Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilindəyerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].

Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır[4].

1918-ci ildə kənd erməni təcavüzünə məruzqalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovethökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər.Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər[4], 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ildə noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etniktorpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır.

İstinadlar