Hvar

Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür.

Hvar
xorv. Hvar
Hvar adasında buxta
Hvar adasında buxta
Ümumi məlumatlar
Sahəsi299,66 km²
Hündür nöqtəsi628 m
Əhalisi11 103 nəfər
Yerləşməsi
43°09′05″ şm. e. 16°39′25″ ş. u.
Ölkə Xorvatiya
Akvatoriya
Hvar xəritədə
Hvar
Hvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001)[1]. Hvar adası əsasən mezozoy yaşlı əhəndaşıdolomit süxurlarından ibarətdir. Adanın şərq qurtaracağı materikdən 6 km məsafədə yerləşir.

Ən böyük yaşayış məntəqəsi — Hvar şəhəridir (əhalisi — 4138), Yelsa (3672) və Stari Qrad (2817). Hvar şəhəri adanın cənub-qərb hissəsində yerləşir[2]. Hvar Adriatik dənizinin ən günəşli adası hesab olunur. İlin 349 günü günəşli olur[3]. Adanın iqlimi mülayim olub qışı yumşaq, yayı isə isti keçir. Turistləri əsas cəlb edir — xidmət, balıqçılıqüzümçülük. Hvar adasında lavanda becərilir və son vaxtlar adanın simvoluna çevrilib.

Tarixi

Ada qədim zamanlardan məskunlaşıb.Adadan tapılan arxeoloji tapıntılara əsasən «hvar mədəniyyəti» termini yaradılmışdər. Tarixçilərin fikrinə görə mədəniyyət təxminən 3-4-cü minilliyə aiddir. Mis-bürünc dövründə hvar mədəniyyəti şimaldan gələn illiriya mədəniyəti ilə assimiliyasiya olmuşdur.

E.ə 385-ci ildə adada yunanların Faros koloniyası yaradılmışdır[4]. E.ə III əsrdə Hvar adası İlliriya ilə birlikdə Roma imperiyasının nəzarətinə keçmişdir.

VIII əsrdə adaya, eləcə də bütün dalmasiya sahillərinə slavyan tayfaları gəldilər. 1147-ci ildə Hvar adası venesiyalıların nəzarətinə keçdi.

1918-1921-ci illərdə ada İtaliya tərəfində işğal olunmuşdur. Sonralar ada Yuqoslaviyanın ərazisinə aid olmuş və 1990-cı ildən Xorvatiyanın ərazisi hesab olunur.

İstinadlar