IEEE 802.11n-2009

Wi-Fi nəsilləri
NəsilIEEE
standartı
Təsdiqlənmə
tarixi
Maksimum
sürət
(Mbit/s)
Radio
tezlik
(GHz)
 Wi-Fi 7802.11be21 mart 20191376-461202.456
 Wi-Fi 6/6E802.11ax27 mart 2014574-96082.456[1]
 Wi-Fi 5802.11ac26 sentyabr 2008433-6933[2]5
 Wi-Fi 4802.11n11 sentyabr 200372-6002.45
(Wi-Fi 3)*802.11g21 sentyabr 20006-542.4
(Wi-Fi 2)*802.11a16 sentyabr 19975
(Wi-Fi 1)*802.11b9 dekabr 19971-112.4
(Wi-Fi 0)*802.1121 mart 19911-22.4
*Wi‑Fi 0, 1, 2, və 3 markasız ümumi istifadədədir.[3][4]

IEEE 802.11n-2009 və ya 802.11n — məlumat sürətini artırmaq üçün çoxlu antenalardan istifadə edən simsiz şəbəkə standartı. "Wi-Fi Alliance" həmçinin standart texnologiyanı geriyə doğru Wi-Fi 4 olaraq etiketləmişdir.[5][6] Bu digər funksiyalar arasında MIMO, çərçivə aqreqasiyası və təhlükəsizlik təkmilləşdirmələri üçün dəstəyi standartlaşdırmışdır. IEEE 802.11n-2009 2,4 GHz və ya 5 GHz tezlik diapazonlarında istifadə edilə bilər.

MIMO dəstəyini təqdim edən ilk Wi-Fi standartı olaraq 802.11n standartı (və ya standartın qaralama versiyası) dəstəkləyən cihazlar MIMO (Wi-Fi məhsulları) adlanır.[7] 802.11a ilə eyni spektri qoruyaraq məlumat sürətini artırmaq üçün MIMO-OFDM istifadə ilk dəfə "Airgo Networks" tərəfindən nümayiş etdirilmişdir.[8]

Standartın məqsədi 20 MHz kanalda bir məkan axını ilə maksimum xalis məlumat sürətinin 54 Mbit/s-dən 72 Mbit/s-ə və 40 MHz kanal enində dörd məkan axınının istifadəsi ilə 600 Mbit/s-ə qədər əhəmiyyətli artımla əvvəlki iki standarta – 802.11a və 802.11g standartlarına nisbətən şəbəkə ötürmə qabiliyyətini yaxşılaşdırmaqdır.[9][10]

IEEE 802.11n-2009 IEEE 802.11-2007 simsiz şəbəkə standartına düzəlişdir. 802.11 simsiz şəbəkə ötürmə üsullarını tənzimləyən IEEE standartları toplusudur. Onlar bu gün yaşayış və biznes sahələrində simsiz əlaqə təmin etmək üçün 802.11a, 802.11b, 802.11g, 802.11n, 802.11ac və 802.11ax versiyalarında istifadə olunur. 802.11n-in inkişafı 2002-ci ildə başlamış, 2009-cu ildə buraxılmışdır. 802.11n protokolu indi dərc edilmiş IEEE 802.11-2012 standartının 20-ci bəndidir.

"Wi-Fi Alliance" sertifikatlaşdırma proqramı

"Wi-Fi Alliance" 2.0 versiyasından dan sonra tamamlanan bəzi təkmilləşdirmələr üçün uyğunluq testləri dəstini inkişaf etdirmişdir. Bundan əlavə, bütün qaralama-n sertifikatlı məhsulların son standartlara uyğun məhsullarla uyğun olduğunu təsdiqləmişdir.[11]

IEEE 802.11n standartının ilk qaralaması 2006-cı ildə buraxılmışdır. Bundan sonra bir çox istehsalçılar standart layihəyə uyğun olduğunu iddia edən "qaralama-n" adlanan məhsullar istehsal etməyə başlamışdı.[12] "Wi-Fi Alliance" 2007-ci ilin ortalarında IEEE 802.11n layihəsi 2.0 əsasında məhsulların sertifikatlaşdırılmasına başlamışdır.[13][14]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər