Jak Brel

Jak Brel (8 aprel 1929[1][2][…], Sxarbek[d], Belçika9 oktyabr 1978[1][2][…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi.

Jak Brel
Jacques Brel
Ümumi məlumatlar
Doğum adıJacques Romain Georges Brel
LəqəbiBöyük Jak
Doğum tarixi
Doğum yeriSxarbek, Brüssel, Belçika
Vəfat tarixi (49 yaşında)
Vəfat yeriBobinyi, Fransa
Vəfat səbəbiağciyər xərçəngi
Dəfn yeri
  • Qolqof qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, müğənni-mahnı yazarı, gitaraçı, bəstəkar, kino aktyoru, kinorejissor, aktyor, şair, yazıçı, ssenarist
Fəaliyyət illəri1953-1978
JanrlarŞanson, Fransız pop musiqisi
Musiqi alətlərigitara
Albom şirkətləriUniversal Music Group[d]
İmzanın şəkli
jacquesbrel.be/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər[3]. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır.[4][5] O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı. 1947-ci ildə, Universitetin son ilində "Le Grand Feu" məktəb jurnalı üçün "Frédéric" başlıqlı kiçik hekayə yazdı.[6] Mükəmməl yazı qabiliyyətinin olmasına baxmayaraq, Brel dərslərində yaxşı deyildi və bir neçə imtahandan kəsildi.

1948-ci ildə Belçika hava qüvvələri stansiyasında hərbi xidmət keçmişdir. 1952-ci ildə mahnılar yazmağa başladı və onları ailə yığıncaqlarında oxuyurdu.

İstinadlar