Jan-Kevin Oqustin

Jan-Kevin Oqustin (16 iyun 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[1]

Jan-Kevin Oqustin
fr. Jean-Kévin Augustin
Ümumi məlumatlar
Tam adıJan-Kevin Oqustin
Doğum tarixi (26 yaş)
Doğum yeriParis, Fransa
Vətəndaşlığı
Boyu1.77 m
Çəkisi69 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubAlmaniya RB Leypziq
Nömrəsi29
Karyerası
Gənclik karyerası
2004—2006Fransa Plaisir FO
2009—2014Fransa Pari Sen-Jermen
Klub karyerası[* 1]
2014—2017Fransa Pari Sen-Jermen B38 (22)
2015—2017Fransa Pari Sen-Jermen23 (2)
2017—h.hAlmaniya RB Leypziq0 (0)
Milli yığma[* 2]
2012—2013Fransa Fransa U-167 (2)
2013Fransa Fransa U-172 (0)
2014—2015Fransa Fransa U-184 (0)
2015—2016Fransa Fransa U-1913 (12)
2017Fransa Fransa U-206 (5)
2016—h.hFransa Fransa U-216 (4)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Pari Sen-Jermen

Oqustin öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 8 aprel 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Sent-Etyen klubu ilə qarşılaşmada Xavyer Pastoreni əvəz etmişdir. Park des Prinsesdə keçirilən görüşdə Pari-Sen Jermen Fransa Kubokunun yarımfinal mərhələsində Sent-Etyenə 4-1 hesabı ilə qalib gəlmişdir.[2]

O, Monrealın Stad Saputo stadionunda keçirilən 2015 Fransa Superkuboku görüşündə 63-cü dəqiqədə Edinson Kavanini əvəz etmişdir. Həmin görüşdə PSJ Olimpik Lion klubuna 2-0 hesabı ilə qalib gəlmişdir.[3]

19 noyabr 2016-cı ildə Oqustin Liqa 1-də Nant klubu ilə oyunda mövsümdə ilk dəfə olaraq qol ötürməsi vermişdir. O bu ötürməni 13-cü dəqiqədə Anxel Di Mariyaya vermişdir. Həmin görüşdə klubu 2-0 hesabı ilə qələbə qazanmışdır.[4]

RB Leypziq

6 iyul 2017-ci ildə Jan-Kevin Oqustin Pari Sen-Jermen klubundan ayrılaraq €13 milyon qarşılığında RB Leypziq klubu ilə beş illik müqavilə imzalamışdır.[5]

Karyera statistikası

Klub

21 Dekabr 2016 tarixində yenilənib[6]
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigər2Ümumi
OyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Pari Sen-Jermen2014–1500100010
2015–1613110101010171
2016–1710110101000131
Ümumi23230202010312

1 Fransa Superkuboku görüşləri daxildir.

Şəxsi həyatı

Oqustinin valideynləri Haiti vətəndaşıdır.[7][8]

Uğurları

Klub

Pari Sen-Jermen
  • Liqa 1: 2015–16
  • Fransa Kuboku: 2014–15, 2015–16, 2016-17
  • De la Liqa Kuboku: 2015–16, 2016–17
  • Fransa Superkuboku: 2015, 2016
Pari Sen-Jermen KFA
  • UEFA Gənclər Liqası İkinci: 2015–16

Ölkə

  • UEFA Avropa U-19 Çempionatı: 2016

Fərdi

  • UEFa Avropa U-19 Turnirin Komandası: 2016[9]
  • UEFA Avropa U-19 Çempionatı Ən Yaxşı Oyunçu: 2016[10]
  • UEFA Avropa U-19 Çempionatı Bombardir: 2016[10]

İstinadlar

Xarici keçidlər