Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı

Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür.

Tarix

Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır.

Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur.[1] Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir.[2] Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi.[3]

Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir;[4] Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.[2] Bir neçə məhv edilmiş Papa məzarı isə Alfonsa Sikkoniyanın əsərlərində ətraflı təsvir edilmişdir. [5]

Lakin, heç də bütün Roma Papaları Romada dəfn edilməmişdir. Ətraflı məlumat üçün baxın: Roma Papalarının saxlanmış məzararının siyahısı

Papa məzarları

Mündəricat
400–500 · 500–600 · 600–700 · 700–800 · 800–900 · 900–1000 · 1000–1100 · 1100–1200 · 1200–1300 · 1300–1400 · 1400–1500 · 1500–1600
Qismən saxlanılmış, köçürülmüş və ya yenidən inşa edilmiş məzarlar rəngli fonda göstərilmişdir..
Alessandro Alqardi tərəfindən işlənmiş Fuga d'Attila qabartmasının altında I Levin köçürülmüş qalıqları yerləşdirilib.
I Qreqorinin altar altında dəfn edilmiş qalıqları
Covanni Çiampininin "De sacris aedificiis a Constantino magno constructis" (1693-cü ildə nəşr edilib) kitabında Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Papa məzarlarının təsviri
Bazilikanın sökülməsi zamanı aşkarlanmış V Qreqorinin qalıqlarının dəfn edildiyi Erkən xristian sarkofaqı
IV Adrianın Vatikan qrottasında saxlanmış sarkofaqı
VIII Bonifasinin məzarı vı IV Bonifasinin xatirə abidəsinin təsviri
VIII Bonifasinin dövrümüzə çatmış sarkofaqı
VI Urbanın sarkofaqı
VII İnnokentinin qalıqları orijinal sarkofaqın yeni kopyasına yerləşdirilmişdir
V Nikolayın sarkofaqı
II Pavelin sarkofaqı
VIII İnnokentinin məzarı canlı papanın təsvir edildiyi ilk məzardır
III Piyin məzarı Sant-Andrea-della-Valle kilsəsinə köçürülmüşdür
III Yulinin qalıqları daha qədim sarkofaqa yerləşdirilmişdir
II Marsellin dəfni zamanı IV əsrə aid sarkofaq yenidən istifadə edilmişdir
IX İnnokentinin məzarı Köhnə Müqəddəs Pyotr bazilikasında yerləşdirilmiş sonuncu məzardır
Pontifiklik
dövrü
PortretiAdıQeydlər
440–461 I Lev
Müqəddəs Lev
Böyük Lev
Məzar portikoda yerləşir.[6] Köhnə bazilikanın qanadında dəfn edilmiş ilk papadır; müxtəlif dövrlərdə köçürülmüş qalıqlar II, III və IV Levlərin qalıqlarına qarışmışdır; XVII əsrdə qalıqları ayrılaraq Partorienti Madonnası kapellasındakı xüsusi altarda, Alqardinin relyefi altında yerləşdirilmişdir.Madonna of Partorienti.[1]
468–483 Simplisi
Müqəddəs Simplisi
Məzar portikoda, I Levin məzarı yaxınlığında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[7]
492–496 I Gelasi
Müqəddəs Gelasi
Məzar portikoda yerləşir.[8]
496–498 II AnastasiMəzar atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[8]
498–514 Simmax
Müqəddəs Simmax
Məzar portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[8]
514–523 Hormisd
Müqəddəs Hormisd
Sökülmə zamanı dağıdılmışdır.[8]
523–526 I İohann
Müqəddəs İohann
Nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[9]
526–530 IV Feliks
Müqəddəs Feliks
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır[9]
530–532 II BonifasiPortikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[9]
533–535 II İohannSökülmə zamanı dağıdılmışdır.[10]
535–536 I Aqapit
Müqəddəs Aqapit
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[10]
556–561 I PelaqiyAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[11]
561–574 III İohannSökülmə zamanı dağıdılmışdır.[12]
575–579 I BenediktCübbəxananın vestibülündə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[12]
579–590 II PelaqiyAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[12]
590–604 I Qreqori, M.B.O.
Müqəddəs Qreqori
Böyük Qreqori
Portikoda yerləşirdi. Qalıqların bir hissəsi Fransanın Suason kommunasına köçürülmüşdür; Köhnə Müqəddəs Pyotr bazilikasının sökülməsi zamanı qalıqların bir hissəsi Sant-Andrea-della-Valle kilsəsinə, daha sonra isə yeni Müqəddəs Pyotr kafedralının girişi yaxınlığında yerləşən Klementina kapellasına köçürülmüşdür.[13]
604–606 Sabinian
Müqəddəs Sabinian
Köhnə Müqəddəs Pyotr bazilikasının atriumunda yerləşən orijinal qəbirüstü abidəsi sökülmə zamanı dağıdılmışdır;[14] orijinal epitafiyasının kiçik bir hissəsi Müqəddəs Pyotr bazilikasının kriptində yerləşir.[15]
607-607 III BonifasiSökülmə zamanı dağıdılmışdır.[14]
608–615 IV Bonifasi, M.B.O.
Müqəddəs Bonifasi
Köhnə bazilikanın portikosunda dəfn edilmişdi; sonradan interyerə köçürülmüşdür; bir əli Santa-Mariya-in-Kosmedin kilsəsinə köçürülmüşdür; digər relikviyaları Santi-Kuattro-Koronati bazilikasındakı Müqəddəs Silvester kapellasındadır; digər qalıqları Müqəddəs Pyotr bazilikasının kapellasındadır;[16] bir zamanlar məzarı saxlamış oratoriya və məzarın Covanni Çiampini tərəfindən çəkilmiş eskizi dövrümüzə çatmışdır.[15]
615–618 I AdeodatSökülmə zamanı dağıdılmışdır.[17]
619–625 V BonifasiSökülmə zamanı dağıdılmışdır.[17]
625–638 I HonoriSökülmə zamanı dağıdılmışdır.[18]
638–640 SeverinQanadda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[19]
640–642 IV İohannSökülmə zamanı dağıdılmışdır.[19]
642–649 I TeodorAtriumda yerləşirdi.[19] Sökülmə zamanı dağıdılmışdır.[19]
654–657 I Yevgeni
Müqəddəs Yevgeni
Sökülmə zamanı dağıdılmışdır.[20]
657–672 Vitali
Müqəddəs Vitali
Sökülmə zamanı dağıdılmışdır.[20]
672–676 II Adeodat, M.B.O.Sökülmə zamanı dağıdılmışdır.[20]
676–678 DomnSökülmə zamanı dağıdılmışdır.[20]
678–681 Aqafon
Müqəddəs Aqafon
Sökülmə zamanı dağıdılmışdır.[20]
681–683 II Lev
Müqəddəs Lev
Köhnə Müqəddəs Pyotr bazilikasında dəfn edilmişdi; Madonna-della-Kolonna kapellasının altarı altına köçürülmüşdür; XVII əsrin əvvəllərində I Levin məzarı ilə qarışdırılmışdır; əsrlər ərzində Ferreradakı San-Stefan kilsəsinin altarı altında olmasına inanılmışdır; Sökülmə zamanı aşkarlanan qalıqları Partiorenti Madonnası kapellasında I, II və IV Levlərin qalıqları ilə qarışdırılmışdır.[21]
684–685 II Benedikt
Müqəddəs Benedikt
Sökülmə zamanı dağıdılmışdır.[22]
685–686 V İohannAtriumda yerləşirdi. 846-cı ildə sərasinlərin Roma talanı zamanı dağıdılmışdır.[23]
686–687 KononSol nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[24]
687–701 I Sergi
Müqəddəs sergi
Köhnə Müqəddəs Pyotr bazilikasının portikosunda yox, qanadında dəfn edilmiş ilk papadır; məzar sökülmə zamanı dağıdılmışdır.[24]
701–705 VI İohannSökülmə zamanı dağıdılmışdır.[25]
705–707 VII İohannXeyir-dua verilmiş Bakirə Məryəm kapellasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır; VII İohannın Vatikan qrottosunda dövrümüzə çatmış mozaikasının məzarın bir hissəsi olması güman edilir.[25]
708-708 SizinniNefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26]
708–715 KonstantinSol nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26]
715–731 II Qreqori
Müqəddəs Qreqori
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26]
731–741 III QreqoriTanrı anası oratoriyasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26]
741–752 Zaxari
Müqəddəs Zaxari
Sökülmə zamanı dağıdılmışdır.[26]
Papa kimi fəaliyyətə başlamayıb. Papa olmayan StefanAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26]
752–757 II StefanAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[27]
757–767 I Pavel
Müqəddəs Pavel
Tanrı anası oratoriyasında yerləşirdi. Müvəqqəti olaraq San-Paolo-fuori-le-Mura kilsəsində dəfn edilmişdir; sonradan köhnə bazilikadakı Tanrı anası oratoriyasına köçürülmüşdür; sökülmə zamanı dağıdılmışdır.[27]
767–772 III StefanAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[27]
772–795 I AdrianPyotr kafedralı oratoriyasında yerləşən orijinal abidə sökülmə zamanı dağıdılmışdır;[28] Böyük Karl adından yazılmış kitabə müasir Müqəddəs Pyotr bazilikasının portikosunda yerləşdirilmişdir.[29][30]
795–816 III Lev
Müqəddəs Lev
Partorienti Madonnası kapellasında yerləşirdi. Köhnə bazilikanın altında dəfn edilmişdir; II, IV Levlər və II Pasxalinin qalıqları ilə birləşdirilmişdir; birləşdirilmiş sarkofaq sökülmə zamanı dağıdılmışdır; 1601-ci ildə I Levin qalıqları ilə birləşdirilmiş və yeni Müqəddəs Pyotr bazilikasındakı "Savior della Colonna" altarının altında yerləşdirilmişdir.[31]
816–817 IV StefanSökülmə zamanı dağıdılmışdır.[31]
824–827 II YEvgeniSökülmə zamanı dağıdılmışdır.[32]
827–827 ValentinSökülmə zamanı dağıdılmışdır.[32]
827–844 IV QreqoriSökülmə zamanı dağıdılmışdır.[32]
844–847 II SergiMüqəddəs Sikst və Fabian kapellasının altarında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[32]
847–855 IV Lev, M.B.O.
Müqəddəs Lev
Bizim Xilaska della kolonna altarının altında yerləşirdi. I, II və III Levlərin sümükləri ilə birləşdirilmişdir.[32]
855–858 III BenediktNarteksdə yerləşirdi. sökülmə zamanı dağıdılmışdır.[33]
858–867 I Nikolay
Müqəddəs Nikolay
Böyük Nikolay
Köhnə bazilikanın atriumunda dəfn edilmişdir; efitaf sökülmə zamanı qismən saxlanılmışdır və hazırda Vatikan qrottasında yerləşir.[33]
867–872 II AdrianKöhnə bazilikada dəfn edilmişdir; efitaf sökülmə zamanı qismən saxlanılmışdır və hazırda Vatikan qrottasında yerləşir.[33]
872–882 VIII İohannPortiko və ya nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[34]
882–884 I MarinPortikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[34]
885–891 V StefanPortikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[35]
891–896 FormozKöhnə bazilikada dəfn edilmişdir; ekskumasiya edilmiş, taxtdan salınmış, barmaqları kəsilmiş və tiberi çayına atılmışdır (bax: Ölü sinodu); sonradan təkrarən Köhnə bazilikada dəfn edilmişdir; sökülmə zamanı dağıdılmışdır.[36]
896-896 VI BonifasiPortikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[36]
896–897 VI StefanPortikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[36]
897–897 RomanSökülmə zamanı dağıdılmışdır.[37]
897 II TeodorSökülmə zamanı dağıdılmışdır.[37]
898–900 IX İohann, M.B.O.Portiko, sol nef və ya bazilikanın kənarında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[37]
900–903 IV BenediktGido qapısının yaxınlığında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[38]
904–911 III SergiSökülmə zamanı dağıdılmışdır.[38]
911–913 III AnastasAtriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[39]
913–914 LandonSökülmə zamanı dağıdılmışdır.[39]
928–928 VI LevSökülmə zamanı dağıdılmışdır.[40]
928–931 VII StefanSökülmə zamanı dağıdılmışdır.[40]
931–935 XI İohannSökülmə zamanı dağıdılmışdır.[40]
936–939 VII Lev, M.B.O.Sökülmə zamanı dağıdılmışdır.[40]
939–942 VIII StefanSökülmə zamanı dağıdılmışdır.[40]
942–946 II MarinSökülmə zamanı dağıdılmışdır.[40]
964–965 VIII LevSökülmə zamanı dağıdılmışdır.[41]
973–974 VI BenediktSökülmə zamanı dağıdılmışdır.[42]
983–984 XIV İohannSökülmə zamanı dağıdılmışdır.[42]
985–996 XV İohannSent-Mari oratoriyasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[43]
996–999 V QreqoriMəzar 14 avqust 1607-ci ildə Müqəddəs Pyotr bazilikasının döşəməsi altında aşkar edilmişdir; 15 yanvar 1609-cu ildə ekskumasiya edilərək IV-V əsrlər sarkofaqında yenidən dəfn edilmişdir.[44]
1012–1024 VIII BenediktSökülmə zamanı dağıdılmışdır.[45]
1024–1032 XIX İohannSökülmə zamanı dağıdılmışdır.[45]
1045–1046 VI QreqoriSökülmə zamanı dağıdılmışdır.[46]
1049–1054 IX Lev
Müqəddəs Lev
Köhnə bazilikanın şərq divarı altında, I Qreqori altarına yaxın dəfn edilmişdir; 11 yanvar 1606-cı ildə sökülmə vaxtı tabutu açılaraq qalıqları relikviya kimi götürülmüşdür; digər qalıqları isə, Assisili Müqəddəs Frensisin stiqmatalarına həsr edilmiş[47], Müqəddəs Marsial və Valeriya altarı altında dəfn edilmişdir.[48]
1088–1099 II Urban, M.B.O.
Xeyir-dua verilmiş Urban
Sökülmə zamanı dağıdılmış ilk məzardır.[49]
1145–1153 III Yevgeni, S.O.
Xeyir-dua verilmiş Yevgeni
Sökülmə zamanı dağıdılmışdır.
1154–1159 IV Adrian, M.A.O.Erkən xristian sarkofaqı yenidən istifadə edilmişdir.[50]
1227–1241 IX QreqoriSökülmə zamanı dağıdılmışdır.[51]
1241–1241 IV SelestinSökülmə zamanı dağıdılmışdır.[52]
1277–1280 III NikolaySökülmə zamanı dağıdılmışdır; 1620-ci ildə qalıqları kardinal Rinaldo Orsinin qalıqları ilə birləşdirilmişdir.[53]
1294–1303 VIII BonifasiVIII Bonifasinin IV Bonifasinin relikviyalarını da dəfn etdirdiyi orijinal məzar-kapella sökülmə zamanı dağıdılmışdır.[54][55]
1378–1389 VI UrbanKöhnə bazilikanın dekonstruksiyasına kimi saxlanmışdır; fəhlələr tərəfindən su saxlancı kimi istifadə edilmişdir.[56][57]
1389–1404 IX BonifasiMüqəddəs Pyotr və Pavel kapellasında yerləşirdi. Covanni Tomacelli tərəfindən işlənmiş məzar, sökülmə zamanı dağıdılmışdır.[58]
1404–1406 VII İnnokentiMüqəddəs Pyotr və Pavel kapellasında dəfn edilmiş, 1455-ci ildə məzar Müqəddəs Tomas kapellasına köçürülmüşdür, 12 sentyabr 1606-cı ildə XV əsrin ortalarına aid sarkofaqa köçürülmüşdür.[59]
1447–1455 V NikolayKöhnə bazilikanın sol xarici qanadından sağ xarici qanadına köçürülmüşdür. Mino de Fyezole tərəfindən işlənmiş abidə saxlansa da, sarkofaq sökülmə zamanı dağıdılmışdır.[60]
1464–1471 II PavelEffigiya Covanni Dalmata tərəfindən işlənmişdir; fiqurlar və qabartma relyefin müəllifi Mino de Fyezoledir. 1544-cü ildə köçülürlmüş abidə XVII əsrdə dağılmışdır; sökülmə zamanı sarkofaq saxlanmışdır.[61]
1471–1484 IV Sikst, M.F.O.Qəbirüstü abidə Antonio del Pollaiolo tərəfindən hazırlanmışdır. Köhnə bazilikanın xor kapellasında yerləşirdi; 1610-cu ildə cübbəxanaya köçürülmüşdür; 1625-ci ildə yeni Müqəddəs Pyotr bazilikasının Del-Koro kapellasına köçürülmüşdür; 1926-cı ildə II Yulinin qalıqları ilə birləşdirilmişdir; 1940-cı illərdə yenidən ayırılmışdır.[62]
1484–1492 VIII İnnokentiQəbirüstü abidə Antonio del Pollaiolo tərəfindən hazırlanmışdır. Ölüm yatağı təsvirlərindən fərqli olaraq Papanın canlı təsvir edildiyi ilk qəbirüstü abidədir; köhnə bazilikanın Tanrı anası oratoriyasında yerləşirdi; 5 sentyabr 1606-cı ildə sökülmə zamanı sudariuma köçürülmüşdür.[62]
1503–1503 III PiyQəbirüstü abidə Sebastiano Ferruççi tərəfindən hazırlanmışdır. Köhnə bazilikada inşa edilmiş sonuncu Papa mavzoleyidir; V Pavelin dövründə Sant-Andrea-della-Valle kilsəsinə köçürülmüşdür.[63]
1523–1534 VII KlementKöhnə bazilikada kərpic məzarda dəfn edilmişdir; hazırda məzar Santa-Mariya-sopra-Minerva kilsəsində, Mediçilərdən olan digər Papa X Levin məzarı ilə üzbəüz yerləşir.[64]
1534–1549 III PavelQəbirüstü abidə Gilyermo della Porta tərəfindən hazırlanmışdır. 1599-cu ildə köçürülmüşdür.[65]
1550–1555 III YuliKöhnə bazilikanın San-Andrea kapellasında qırmızı daşdan hazırlanmış sarkofaqda dəfn edilmişdi; 1608-ci ildə qədim sarkofaqa köçürülmüş, iki il sonra sökülmə zamanı isə sarkofaq açılmışdır;[66] bəzən San Pietro in Montorio kilsəsinin Del-Monte kapellasında dəfn edilməsi qeyd edilir.[67]
1555–1555 II MarsellQəbirüstü abidəsi yoxdur; üzərində traditio legis təsviri olan IV əsrə aid sarkofaqda dəfn edilmişdir.[68]
1572–1585 XIII QreqoriOrijinal qəbirüstü abidəsi dağıdılmışdır; XVIII əsrdə yeni abidə yaradılmışdır.[69]
1590–1591 XIV QreqoriQəbirüstü abidəsi Prospero Antiçi tərəfindən hazırlanmışdır.[70]
1591–1591 IX İnnokentiQəbirüstü abidəsi yoxdur.[70]

İstinadlar

Ədəbiyyat

  • Gardner, Julian, The Tomb and the Tiara, Oxford: Clarendon Press, 1992, ISBN 978-0-19-817510-0
  • Mann, H. K., Tombs and Portraits of the Popes of the Middle Ages, Kessinger Publishing, 2003, ISBN 978-0-7661-2903-0
  • Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc. ISBN 978-0-7864-1527-4