Kürd Mahruzlu

Kürd Mahruzlu və ya Kürd MahrızlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Kürd Mahruzlu
39°12′57″ şm. e. 46°44′08″ ş. u.
Ölkə Azərbaycan
RayonQubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kürd Mahruzlu xəritədə
Kürd Mahruzlu
Kürd Mahruzlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır.[2] Əsl adı "Kürd Mafruzlu" olmuşdur.[3]

Tarixi

Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır.[3] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

Coğrafiyası və iqlimi

Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.[3]

Əhalisi

14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.[5]

Qalereya

Erməni işğalında dağıdılmış Kürd Mahruzlu kəndi







Mənbə

Həmçinin bax

İstinadlar

Xarici keçidlər