Kambocada vətəndaş müharibəsi

Kambocada vətəndaş müharibəsi[1] (khm. សង្គ្រាមស៊ីវិលកម្ពុជា, UNGEGN: Sângkréam Sivĭl Kâmpŭchéa) — 1967–1975-ci illərdə Kambocada baş vermiş hərbi-siyasi münaqişə. İlkin mərhələlərdə bu, kommunist partizanları (Şimali VyetnamVyetkonqun nin fəal köməyi ilə) və dövlət başçısı Norodom Sianuk rejimi arasında cərəyan edirdi. Lon Nol çevrilişindən və 1970-ci ildə amerikapərəst respublikaçı rejimin qurulmasından sonra münaqişə ABŞCənubi Vyetnam tərəfindən dəstəklənən ölkə hökuməti ilə Şimali Vyetnam tərəfindən dəstəklənən Kampuçiya Milli Birləşmiş Cəbhəsi arasında davam etmişdi. Burada partiya strukturları və yerli kommunistlərin silahlı birləşmələri mühüm rol oynamışdır. Müharibənin nəticəsi mərkəzi hökumətin süqutu və Kamboca cəmiyyətinin maoçu konsepsiyalar əsasında köklü şəkildə yenidən qurulması kursunu elan edən qırmızı khmerlərin hakimiyyətə gəlməsi olmuşdu. Kambocada vətəndaş müharibəsi LaosCənubi Vyetnamdakı döyüşlərlə yanaşı, İkinci Hind-Çin müharibəsinin bir hissəsi hesab olunur.

Kambocada vətəndaş müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər