Kamran Quliyev (əsgər)

Kamran Quliyev (Kamran Dadaş oğlu Quliyev)Salyan rayonunda İkinci Qarabağ müharibəsi şəhidi

Kamran Quliyev
Kamran Dadaş oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSalyan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriFüzuli
Vəfat səbəbiŞəxid
Dəfn yeriSalyan
VətəndaşlığıAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Rütbəsi Çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Quliyev Kamran Dadaş oğlu, 11.05. 1992-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. Ailədə üç övlad olmuşlar.

Birinci sinifə ilk qədəmlərini Salyan rayonunun Əliağa Kürçaylı adına 7 saylı məktəbdə təhsilini davam etmişdir.[1]

Hərbi xidməti

2009-cu ildə 7 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Bakı şəhərində N saylı Daxili Qoşunlarında xidmətini yerinə yetirmiş və hərbi xidmətini müddətdən artıq MAXE kimi çalışmağa ərizə yazaraq üç illik müqaviləyə imza atmışdı. Cəlilabad rayonunda Daxili Qoşunlarında çalışmış və üç illiyi tamam olduğu müddətdən sonra yenə öz doğulub boya-başa çatdığı Salyan torpağına qayıdaraq, müxtəlif sahələrdə çalışmışdır.[1]

İkinci Qarabağ müharibəsində iştirakı

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olur. 6 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid oldu.[2]

Övladları

Quliyev Kamran Dadaş oğlu ailəli idi. İki övladı var.[1]14.11. 2014-cü il tarixində böyuk oğlu, Quliyev Ümid Kamran oğlu anadan olmuşdur. 22. 07.2020-ci il tarixində kiçik oğlu, Quliyev Tunar Kamran oğlu anadan olmuşdur

Şəhidinin xatirəsi

Şəhid Quliyev Kamran Dadaş oğlunun adına Salyanda inşa edilən bulağın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər[3]

Təltifləri

İstinadlar