Kathiyavar yarımadası

Kathiyavar (qüc. કાઠીયાવાડ) — Hindistanın Qucarat ştatı ərazisində yerləşir.

Kathiyavar yarımadası
काठियावाड़
Ümumi məlumatlar
Sahəsi>40,000 km²
Yerləşməsi
22°00′00″ şm. e. 71°00′00″ ş. u.
AkvatoriyaƏrəbistan dənizi
Ölkə Hindistan
Kathiyavar yarımadası xəritədə
Kathiyavar yarımadası
Kathiyavar yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımada Hindustan yarımadasının şimal-qərbində Ərəbistan dənizinə daxil olan Kaç körfəzi ilə Kambey körfəzləri arasında yerləşir. Yarımada Hindistan tavası üzərində yerləşir. Yarımadanın cənubunda Diu adası yerləşir.

Yarımadanın sahəsi 40 min km² təşkil edir[1]. Yarımada əsasən Savanna bitkiləri ilə örtülüdür. Mərkəzi hissə isə dağlıqdır (1117 m). İllik yağıntının miqdarı 500 mm təşkil edir və əsasən iyun-sentyabr ayları düşür.

Yarımadanın cənubunda Sasan-Hir milli parkı vardır ki, orada dünyada Asiya şirinin vəhşi təbiətdə yaşadığı yeganə ərazidir[2]. Kaç körfəzinin sahillərində Dəniz milli parkı vardır. Yarımadanın Bhavnaqar rayonu ərazisində Kambey körfəzi sahillərində Velavadar milli parkı salınmışdır. Yarımadanın şimalında Kaç Rann duzlağı yerləşir.

İstinadlar

Mənbə