Keşiş Yulian

Keşiş Yulian (lat. Iulianus Hungarus OP[1], mac. Julianus barát) — 1230-cu illərdə Macarların ana vətəni olan Böyük Macarıstanın (Magna Hungaria) axtarışı üçün şərqə iki dəfə səfər edən macar Dominikan keşişi.

Keşiş Yulian
mac. Julianus barát
Doğum tarixiXIII əsr
Doğum yeri
Vəfat tarixi1237-ci il və ya daha sonra
Fəaliyyətitədqiqatçı-səyyah[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Keşiş Yulianın səyahət marşrutu

Yuliandan əvvəl, güman ki, 1231-1232-ci illərdə "hələ də inamsızlığın aldadıcı təsiri altında qalan"[2] şərqi Macarları axtarmaq üçün dörd macar dominikanı göndərilmişdir.

Yulian axtarış məqsədilə 1235-ci ildə ölkəni tərk etmişdi. Uzaq məsafə qət etdikdən sonra Keşiş Yulian İdil bulqarlarının paytaxtına çatmışdı. Burada ona deyilmişdi ki,macarlar sadəcə iki günlük səfər boyunca burada yaşamışdılar. Yulian onları tapdı və işğala məruz qalmış və Pannoniyada məskunlaşmış macarlarla Başqırdıstanda tapılan macarlar arasında bölünmədən bu yana ən az 300-400 il keçməsinə baxmayaraq, dilləri qarşılıqlı olaraq başa düşülən olduğundan onlarla ünsiyyət qura bildi.[3]

Yulian qədim ölkəni Böyük Macarıstan adlandırdı. O, burada şərqi macarlar və bulqarların düşməni olan tatarlar haqqında məsələlərdən xəbərdar oldu. Səfərdən iki il keçdikdən sonra, Yulian Böyük Macarıstana qayıdıb, onun monqol tatarları tərəfindən dağıdıldığını görür. O, ölümcül təhlükə xəbərləri və Monqolların Macarıstana göndərdiyi ultimatum ilə öz ölkəsinə qayıdır.[4][5]

Dominikan ordeni Macarıstanda 1221-ci ildə Şərqdə xristianlığı yaymaq məqsədilə yaradılmışdır, lakin eyni zamanda doğma torpaqlarda qalan macarlarla əlaqədar məsələni də qaldırmışdır.

Yulianın səfərlərinin əhəmiyyəti:

  • Böyük Macarıstanda yaşayan macarlar haqqında etibarlı məlumatlar gətirən ilk şəxs idi; bu informasiya Macarıstan tarixinin araşdırılmasına böyük töhfə vermişdir.
  • Avropaya Tatar işğalı ilə bağlı xəbərlər gətirən ilk insan idi.
  • Asiya haqqında etibarlı məlumatlar toplayan ilk Avropalı səyyahdır.
  • Onun verdiyi məlumatlar gələcək tədqiqatçılara və səyyahlara mühüm motivasiya vermişdir və coğrafi cəhətdən böyük əhəmiyyət kəsb edir.

Tarixçilər, Yulian tərəfindən təqdim olunan məlumatların dəqiqlik səviyyəsinin yüksək olduğunu qeyd edirlər.[6]

Həmçinin bax

  • Şayo çayı sahilində döyüş

İstinadlar